Создать сайт
Понравился? Нажмите -
@ADVMAKER@

C# Nədir?
24 Апреля 2012 | Опубликовано в Derslik | Просмотры: 563 | Комментарии: 0

C# Nədir?


C# (C Sharp) – C/C++ və Java dillərindən törəyən, güclü, sadə, çevik, etibarlı, müasir və Microsoft.NET platforması üçün sıfırdan hazırlanmış tək proqramlaşdırma dilidir.
Əgər C/C++ və ya Java bilirsinizsə C# dili sizə tanış gələcəkdir. Əvvəllər sadəcə C vardı. Uzun illər proqram yazmaqda ən populyar dil kimi
işləndi. Sonra bu dilin digər obyekt yönlü dillərlə müqayisədə geri qaldığı görüləndə, C++ yarandı. C++ güclü, C dilinə obyekt yönümlü özəlliklərin əlavə olunduğu, 80-ci illərdən indiyə kimi professional proqramçıların seçiminə çevrilən dil olmuşdur.
Lakin, Sun MicroSystems Javanı yaratdığı zaman aləm qarışdı. Çünkü, Java paylanmış proqram modelinə C++ dan daha çox dəstək verirdi. Artıq Java illə yazılan proqramlar həm web üzərindən Applet olaraq, həm də Java Runtime yüklənmiş hər hansı bir kompüterdə işləyirdi.
Microsoft Javaya cavab olaraq .NET ilə tamamilə uyumlu və .NET-in ən məşhur dili olan C# hazırladı və proqramçıların istifadəsinə verdi.
Nə üçün C# ?
C# dili öyrənilməsi asan bir dildir !
Obyekt Yönlü Proqramlaşdırmaya tam dəstək (100%)
Yüksək Səmərə
Güc və Rahatlıq arasındakı tarazlıq
XML dəstəyi
VB-dəki Event və Form məntiqini dəstəkləyir
C# Müasir Bir Dildir
C#-ın .NET-dəki Yeri və İstifadə Yerləri
C# , .NET üçün Microsoft tərəfindən hazırlanan və proqramlaşdırma sahəsində ən populyar üç dilin – C/C++ və Javanın yaxşı xüsusiyyətlərini alıb,
bu dillərin təhlükəli sayılan tərəflərini kənarda qoyan və .NET-in şahzadəsi adlandırılan bir dildir.
Əgər C# bilsəniz .NET mühitində bir çox iş görə bilərsiniz. Bunları aşağıdakı kimi sıralaya bilərik:
Konsol proqramı hazırlama vasitəsi
Windows üçün proqram yazmaq
ASP.NET üçün ən uyğun dil
Web servisləri
Mobil program hazırlamaq
C# ilə DLL yaza bilərik


Əməliyyat sistemləri
21 Апреля 2012 | Опубликовано в Derslik | Просмотры: 585 | Комментарии: 0

 

Əməliyyat sistemləri

 

DOS— sözü ingiliscə Disk Operating System olub Azərbaycan dilinə tərcüməsi «Disk əməliyyat sistemi» deməkdir. DOS komputerlər üçün nəzərdə tutulmuş kiçik və sadə bir əməliyyat sistemi növü olub,əsas vəzifəsi disket və sabit disk kimi saxlama mühitlərinin idarə edilməsidir.Komputerlərin digər funksiyaları:qrafika,səs,yazma,şəbəkədə gəzinmə,yaddaşa nəzarət,çoxlu istifadəçi və çoxlu iş xüsusiyyətləri DOS tərəfindən yerinə yetirilə bilir.DOS sistemləri 90-cı illərin ortalarına qədər demək olar ki,hər personal komputerdə öz vəzifəsini yerinə yetirmişdir.Bu gün computer dünyasının çox sahəsində qrafik əməliyyat sistemlərindən istifadə olunsa da,DOS sadə və kiçik olmaq üstünlüyü ilə müxtəlif əmrlər və nəzarət etmə sistemlərində öz həyatına davam etməkdədir.DOS-un tarixi komputerlərin tarixi ilə başlayır.DOS-da qrafik bir istifadəçi pəncərəsi olmadığından hər bir əməliyyat əmrlərlə və az sayda olan parametrlərlə həyata keçirilir.Bu da onun bu günlərdə unudulmasına gətirib çıxarır. 




Windows — Maykrosoft şirkətinin personal komputerlər və serversistemləri üçün Windows NT-nin kernel sistemi üzərində qurulmuş olan 6-cı əsas distributividir.Windows XP 25 oktyabr 2001-ci il tarixində satışa təqdim edilmişdir.XP adı ingilis sözü olan «experience» sözündən gəlir və Azərbaycan dilində mənası «təcrübə» deməkdir.Windows XP hal-hazırda dünyada ən çox istifadə edilən əməliyyat sistemidir.Windows XP əvvəlki distributivlərindən fərqli olaraq tamamilə 32 bitlik Windows NT və Windows 2000 kernel sistemi üzərində qurulmuşdur.Onu da qeyd etmək lazımdır ki,Windows əməliyyat sisteminin əvvəlki versiyaları aşağıdakılardır:

Windows 1.0
Windows 2.0
Windows 3.0
Windows 95
Windows 98
Windows NT

Bu kernel system 16 və 32 bitlik tətbiqləri işlədə bilir və göy ekran səhvlərini azaldır.Windows əməliyyat sistemi ailəsinin Cairo,Nashville,Neptune,Odyssey kimi versiyaları satışa çıxarılmayaraq ləğv edilmişdir.Maykrosoft şirkəti Windows XP-in satışını 30 iyun 2008-ci il tarixindən etibarən dayandırmışdır:amma bəzi mini noutbuklarda hələ də qurulu olaraq XP gəlməkdədir.Windows XP Service Pack 2-nin də satışı 2010-cu ildə bitmişdir.Windows XP Service Pack 3 isə 2014-cü ilə qədər satılacaqdır.

Macintosh — qısaca Mac olaraq tanınır və adını Macintosh alma növündən alır.Mac personal komputerlər istehsal edən Apple Computer İnc. şirkətinin bir məhsulu olan əməliyyat sistemidir.Macintosh-un istehsalına 1984-cü ildə başlanılmışdır.Onu da qeyd edək ki,Apple şirkəti siçan və qrafik interfeysdən ilk dəfə istifadə edən şirkətlərdəndir.Macintosh-dan əvvəl Apple şirkətinin Lisa,Apple II,Apple III kimi sistemləri olsada 1986-cı ildə onların fəaliyyəti dayandırılmışdır və bütün məhsullar Macintosh adı altında toplanmışdır.Macintosh-un PowerPC arxitekturasını istifadə etdiyi 1994-2005-ci illəri arası onu x86 sinifli komputerlərdən ayıran ən məşhur xüsusiyyəti RİSC (Reduced İnstruction Set Computer) olmuşdur.Macintosh seriyalı komputerlər Apple şirkətinin öz məhsulu olan Mac OS əməliyyat sistemindən istifadə edirlər.Mac OS əməliyyat sistemi öz aralarında Mac OS Classic və Mac OS X deyə iki qrupa ayrılırlar.İki əməliyyat sistemi də bir-birindən tamamilə ayrı işləyirlər.Onu da qeyd edək ki,2009-cu ilin avqust ayında Mac OS X əməliyyat sisteminin ən son versiyası olan Snow Leopard satışa təqdim edilmişdir.Bununla da Apple şirkətinin istehsalı olan komputerlərdə sürət və performans dəfələrlə artmışdır.Apple şirkətinin istehsalı olan personal komputerlərə Maykrosoft və İntel şirkətinin istehsalı olan avadanlıqlar və ya proqram sistemləri yükləmək mümkün deyildir.

 

UNİX — 1969-cu ildə Ken Tompson və Denis Riçi tərəfindən Bell Laboratori- yalarında yaradılmış olan çox istifadəçili və çox vəzifəli quruluşu dəstəkləyən bir əməliyyat sistemidir.UNİX törəməli əməliyyat sistemləri çox prosessorlu bahalı komputerlərdən bir prosessorlu sadə ev komputerlərinə qədər bir çox cihaz üzərində işləyə bilən test edilmişsistemlərdir.Lakin,xüsusilə strukturu ilə çox prosessorlu serverlərdə adətən standart halına gəlmişdir.UNİX-in əsası 1965-ci ildə MİT,AT&T Bell Labs və GE-nin birlikdə yaratdıqları MULTİCS (Multiplexed Operating and Computing System) layihəsi ilə atılmışdır.MULTİCS layihəsinin əsas hədəfi çox istifadəçili komputer sistemlərinə icazə verərək eyni vaxtlı məlumat paylaşmasını təmin edə bilməkdi.1969-c ildə layihə qarışıq bir şəkil almağa başlamış və AT&T Bell Labs layihədən çəkilmişdir.Bell şirkətində araşdırmaçı olaraq işləyən Ken Tompson MULTİCS proqramını stimulyasiya edən bir fayl sistemini kodlamaqla UNİX-in ilk distributivi olan UNİCS-i (Uniplexed Operating and Computing) meydana çıxardı.Bu versiya Assembler ilə yazılmışdı.1973-cü ildə Ken Tompson C dilinin yaradıcısı olan Denis Riçi ilə birlikdə əməliyyat sisteminin kernel sistemini C dili ilə təkrar kodlayaraq UNİX 5.0 versiyasını yaratdılar.Beləliklə də,UNİX C dilinin sayəsində müxtəlif avadanlıqlara uyğun olaraq təkrar dəyişdirilə bilən kodlardan ibarət bir əməliyyat sisteminə çevrilmişdir




Linux — UNİX-ə texniki mənada bənzəyən redaktə qabiliyyətli müstəqil bir əməliyyat sistemidir.Kernelin kodları GNU Ümumi Cəmiyyət Lisenziyası çərçivəsində müstəqil olaraq dəyişdirilə istifadə edilə bilər.Linux hər hansı bir komputer sistemində problemsiz işləmə qabiliyyətinə malikdir. Çox geniş bir təchizat dəstəyinə malik olan Linux netbuk,noutbuk,server komputerləri,is stansiyaları,ağıllı telefon,stolüstü komputerlər kimi hər bir platformada tam bir uyğunlaşma içərisində işləmək qabiliyyətinə malikdir.Linux adətən server və iş stansiyalarında istifadə olunsa da onu şəxsi komputerlərdə də istifadə edənlər çoxluq təşkil edir.Təbii ki,bu halda redaktə edilən kodların və azad proqram anlayışının təsiri böyükdür.Windows XP və Mac OS sistemlərinə nəzərən daha rahat bir struktura malik olan Linux xüsusilə server satışlarında rəqibləri ilə müqayisədə daha üstündür.Mint,Ubuntu,openSUSE,Pardus,Mandriva kimi son versiyaları ilə Linux əməliyyat sisteminin istifadəçi faizi gündən-günə artmaqdadır.



Palm OS - Garnet OS kimi də tanınan Palm mobil əməliyyat sistemi 1996-cı ildə PDA-lar üçün Palm İnc şirkəti tərəfindən istehsal edilməyə başlanılmışdır.Palm OS əllə toxunula bilən (touchscreen) qrafik istifadəçi interfeysi ilə asan istifadə olunması üçün istehsal edilmişdir.Bu,şəxsi məlumatların idarə edilməsi üçün əsas proqramlar dəsti ilə təmin edilir.Palm əməliyyat sisteminin son versiyaları smartfonlarda istifadə üçün nəzərdə tutulmuşdur.2007-ci ildə Palm əməliyyat sistemi ticarət markası aldıqdan sonra Garnet OS deyə yenidən adlandırıldı.Garnet OS sisteminin varisi olan ACCESS 2009-cu ildən Access Linux Platform deyə tanınmağa başladı və gələcəkdə istehsal olunacaq cihazlar üçün Palm Os ilə Web OS sistemləri arasında keçidlər etməyə başladı.Palm OS rəsmi olaraq Cef Hokinsin rəhbərliyi altında Palm Computing şirkəti tərəfindən istehsal olunur.Palm Computing şirkəti sonralar 3Com-a çevrilən US Robotics Corp tərəfindən Palm İnc-ə çevrildi. 

Kompüterin əsas hissələri
21 Апреля 2012 | Опубликовано в Derslik | Просмотры: 403 | Комментарии: 0

Kompüterin əsas hissələri

 Sistem bloku:
Sistem bloku kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar:
-verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar);
-verilənləri xaric edən qurğular (skaner, plotter);
-verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular);
-verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr);
Masaüstü kompüterlərin sistem blokları üfiqi (desktop) və şaqulu (mini-tower, biq tower) formada istehsal edilirlər.
Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki qurğular arasında lazımi şəkildə bölüşdürür.
Ana lövhə kompüterin əsas hissəsi sayılır. Ana lövhə üzərində aşağıdakı elementlər yerləşir:
-Mikroprosessor (MP) — kompüterində hesabi-məntiqi əməliyyatları yerinə yetirir. Mikrosxem xüsusi qaydada hazırlanmış elektron sxemlər toplusudur. Mikroprosessorlar bir-biriindən takt tezliklərinə, yəni əməliyyatların yerinə yetirilmə sürətinə və məhsuldarlığa MİPS (saniyədə miliyon əməliyyat) görə fərqlənirlər. Pentium tipli kompüterlərdə adətən İNTEL şirkətinin və onun törəməsi olan SELERON tipli mikroprosessorlardan istifadə edilir.
Bir çox hallarda çoxlu sayda riyazi hesablamaların aparılması lazım gəlir ki, mikroprosessorlar bunu təmin edə bilmirlər. Bu səbəbdən də kompüterlərdə riyazi soprosessorlardan istifadə edilir. Müasir prosessorların gücü böyük olduğundan artıq soprosessorlara ehtiyac duyulmur;
-Çipset (mikroprosessor dəsti)- kompüterin daxili qurğularını idarə etməklə yanaşı, ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur;
-Şinlər — kompüterin daxili qurğuları arasında siqnalların ötürülməsini təmin edən naqillər yığımıdır;
-Əməli yaddaş- əməli yaddaş qurğusu- ( RAM-ƏYQ)- kompüter xəttə qoşulan zaman verilənlərin müvəqqəti saxlanılan mikrosxem toplusudur. Gərginlik kəsildikdə burada olan məlumatlar itir. Onun tutumu müasir kompüterlərdə bir neçə QB olur;
-keş yaddaş — əməli yaddaş ilə mikroprosessor arasında informasiya mübadiləsinin yüksəldilməsi məqsədilə istifadə edilən ifrat sürətli yaddaş qurğusudur. Onun iki Level1 və Level2 səviyyələri var. Level 1 səviyyəsi adətən mikroprosessorun daxilində, Level 2 səviyyəsi isə əməli yaddaşla mikroprosessor arasında yerləşir. Onun köməyi ilə informasiya mübadiləsi sürəti 10 dəfəyədək artırılır. Belə yaddaşların tutumu bir neçə Mbayt-a qədər olur.
-Daimi yaddaş qurğusu (BİOS-DYQ)- kompüterin ilkin yüklənməsini və qurğuların yoxlanılmasını həyata keçirən və daxilindəki verilənlərin gərginlikdən asılı olmayaraq saxlayan yaddaş qurğusu olan mikrosxemdir.
-Portlar (yuvalar)- əlavə qurğuların (slotların) qoşulmasını təmin edirlər. Portlar paralel (LPT1-LPT4), ardıcıl asinxron (COM1-COM3) və universal (USB) ola bilərlər. Paralel portlar sürətinə görə ardıcıl portlardan, universal portlar isə hər ikisindən üstündür.
— videoyaddaş nəticənin ekrana çıxarılmasını idarə edəcək elektron sxem olub videokontrollerin tərkibində yerləşir;
-videoadapter (videokart) monitorun ekranında alınmış təsviri formalaşdırmaq üçün istifadə edilir və həm qrafik, həm də mətn rejimində işləyə bilər;
-Kontrollerlər — xüsusi elektron sxemlər olub disk sürücüləri. klaviatura və s. ilə əməli yaddaş arasında informasiya mübadiləsinə nəzarət edən qurğulardır.

 


Monitorlarrəngli və ağ-qara olmaqla ekranın ölçüsünə, rənglərin miqdarına və elektron-şüa borulu, LCD, plazma növlərinə bölünürlər. Elektron-şüa borulu monitorlarda təsvirin ekrana verilməsi məqsədilə xüsusi elektron şüa borusundan istifadə edilir. LCD monitorlarında ekran iki nazik lovhə arasında yığılmış maye-kristal sxemldən ibarətdir. Plazma ekranlarında eyni prinsipdən istifadə edilsədə lövhələr arasında xüsusi qaz yerləşdirilir. Bu tip monitorlar gərginliyi daha çox istifadə edirlər. Məhz bu səbəbdən də onlardan portativ kompüterlərdə istifadə edilməsi məqsədəuyğun deyil.

Klaviaturalar 84/86 düyməli klaviaturalara və 102/104 düyməli klaviaturalara bölünürlər. Klaviaturanın düymələri: funksional düymələrə (F1-F12), hərf-rəqəm düymələrinə, kursoru idarə edən və ədədlərin daxil edilməsi düymələrinə bölünürlər.

Mouse- müasir kompüterlərdə xüsusi əhəmiyyətə malik qurğulardan biridir. Bu qurğu istifadəçi işini asanlaşdırır və bir çox proqramlarla ondan istifadə etmədən işləmək həddən artıq çətindir. Mousun da müxtəlif növləri mövcuddur. Lakin ümumilikdə onların iş prinsipləri eynidir.

Xarici yaddaş qurğuları:
-elastiki (yumşaq) disk sürücüsü xarici yaddaş qurğusu olan elastiki maqnit disklərindən (disketlərdən- floppy disklərdən) məlumatın oxunması və ya onlara məlumatın yazılmasını təmin edən qurğulardır;
-Sərt maqnit diski (HDD, vinçester)- kompüterin sistem blokunun daxilində yerləşərək xarici yaddaş qurğusu olub, informasiyanın saxlanması üçün istifadə edilir. Buraya həm informasiya yazmaq və həm informasiyanı oradan oxumaq mümkündür;
-CD-ROM- kompakt disklərdən (CD-R, CD-RW) məlumatı oxumaq üçün istifadə edilir (600-800 MB);
-CD-Writer- kompakt disklərdən məlumatı oxumaq və CD-RW-lərə informasiyanı yaza bilən qurğudur;
-DVD- DVD (4-16 QB) disklərlə işləmək üçün qurğulardır. Müasir DVD qurğuları həm də CD-lərlə işləyə bilir;
-flash (fleş)-kartlar- informasiyanın saxlanması üçün istifadə edilir(16 QB);

Printerlər

Printerlər bir-birindən: çapetmə üsuluna, sıxlığma, sürətinə və çap rənginə görə fərqlənirlər. 1980-90-a illərdə kompüterlər üçün ən çox yayılmış printerlər matrisli printerlər idi. Matrisli printerlər ixtiyari simvolları və qrafik təsvirləri ağ-qara və rəngli (istifadə edilən lentin rəngindən asılı olaraq) çap edə bilirlər. Matrisli printerlərin qiyməti ucuz, cəldliyi isə yüksəkdir (mətn rejimində bir dəqiqədə 1 -6 səhifə, qrafik rejimdə isə hər səhifəyə 5 dəqiqə vaxt sərf olunur). Mənfi cəhəti ayrı-ayrı nöqtələrdən formalaşan şəkil və simvolların diskret quruluşlu olması, çap keyfiyyətinin aşağı olması, iş zamanı səs salması və rəngli çap üçün az əlverişli olmasıdır. Printerin əsas aktiv elementi xırda iynələrdir. Sadə modellərdə iynələrin sayı 9-12 arasında, mürəkkəb modellərdə isə 18-24 arasında olur. Hər iynə ayrıca çəkic rolunu oynayır. Müxtəlif düzümlü iynələrin eyni vaxtda lenti döyəcləməsi nəticəsində kağız üzərində istənilən formalı təsviri almaq mümkündür. Belə printerlərin çapetmə sıxlığı 300 dpi-yə bərabərdir. İndiki zamanda praktiki olaraq matrisli printerlərdən istifadə azalıb
Axınlı printerlərdən kompüterlərdə geniş istifadə edirlər. Belə printerlərdə çap mexanizmi müxtəlif sayda rəng püskürtücülərindən ibarət olur. Printerin daxilindəki mikroprosessorun müəyyən etdiyi ardıcılıqla püskürücülər çox nazik şırnaqlarla rəngli boyağı kağızın üzərinə püskürürlər. Şırnaqların istiqamətini dəyişdirməklə müxtəlif növ təsvirləri almaq mümkündür. Axınla işləyən printerlər iki növdə olur: ağ-qara və rəngli. Printerin çapetmə sürəti ağ-qara rejim üçün səhifəyə 15-100 saniyə, rəngli rejim üçün isə 7 dəqiqəyə kimidir. Printerdə yüksək dəqiqliklə təsvir almaq üçün yüksək keyfiyyətli kağızdan istifadə etmək lazımdır (keyfiyyətsiz kağızda rənglərin bir-birinə qarışması baş verir). Müasir axınlı printerlər üçün çapetmə sıxlığı 700-720 dpi-dir (bir düymə düşən nöqtələrin sayı).
Lazer printerləri digər printerlərə nəzərən mürəkkəb quruluşa malik olub, istər ağ-qara, istərsə də rəngli çapın (tipoqrafik çapa uyğun) yüksək keyfiyyətlə əldə olunmasını təmin edir (dəqiqədə 4-12 səhifə və daha çox). Printerin daxilində olan yarımkeçiricilərdən hazırlanmış silindrik səth yüksək gərginlikli elektrik mənbəyindən yüklənir. Təsvirə uyğun olaraq silindrik səthin müəyyən hissələri lazer şüası ilə elektrik yükündən azad edilir. Hazırlanmış boya tozları xüsusi qurğu vasitəsilə silindrin üzərinə səpilir. Lazer şüasınm düşmədiyi, yəni elektrik yükünün qaldığı yerlərdə boya tozları silindrin səthinə yapışır və silindrin fırlanması nəticəsində kağız üzərinə hopdurulur. Beləliklə, kağız üzərində lazım olan təsvir alınır.
Müasir lazer printerləri üçün çapetmə sıxlığı 600-1200 dpi-dir. Bu printerlərin müsbət cəhətləri səhifəni sətir-sətir deyil, bütövlükdə çap etməsidir. Mənfi cəhəti isə qiymətiərinin baha olmasıdır.

Modem
Müasir dövrdə qlobal problemlərin həll edilməsində istifadəçilər İnternet elektron şəbəkələrindən istifadə etməyə böyük üstünlük verirlər. Belə dövrələrin köməyi ilə istifadəçi elektron poçtu ilə işləyə bilir, lokal şəbəkələrə daxil olur, faks vasitəsilə istənilən məlumatı ya göndərir, ya da lazımi səviyyədə əldə etmiş olur. Sadalanan işləri həyata keçirmək üçün kompüterə əlavə qurğu kimi mütləq modem və ya faks-modem (informasiya dəyişməsini təsvirlər formasında yerinə yetirən elektron qurğu) qurğusu istifadəçinin ixtiyarında olmalıdır.
Hal-hazırda adi modemlər istehsal olunmur, «modem» dedikdə, sadəcə olaraq faks-modem nəzərdə tutulur.
Modem — kompüter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirən qurğudur. Bu çevrilmə onunla əlaqədardır ki, kompüter rəqəmli siqnallar ilə işlədiyi halda, telefon xətləri ancaq analoq siqnalları vasitəsilə işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya deyilir. Analoq siqnalları üç parametrlə: amplitudası, tezliyi və fazası ilə səciyyələndirilir.
Müasir modemlərdə hər üç xüsusiyyətdən istifadə edilir. Modem iş prosesində kompüterdən üç bitə uyğun informasiya qəbul edir ki, birinci bit ilə amplitudaya, ikinci bit ilə tezliyə, üçüncü bit ilə isə fazaya uyğun analoji siqnalı xəttə göndərir. Göndərilmiş siqnallar modem-qəbuledici tərəfindən qəbul edilərək istifadəçiyə lazım olan şəkildə çatdırılır.
Modemin buraxma qabiliyyəti iki parametr: informasiyanın ötürülmə sürəti və informasiyanın tutumu ilə səciyyələndirilir. İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Yəni, əgər modem saniyə ərzində analoq siqnalının xarakteristikasını 2400 dəfə dəyişirsə, deməli onun informasiyanı xəttə ötürmə sürəti 2400 boddur. İnformasiyanın tutumu isə analoq siqnallarının sayı, yəni bit ilə təyin edilir.
Əgər iki modem arasında əlaqə yaratmaq lazımdırsa, hər iki modemin düzgün işləməsi üçün modemlərin səciyyəvi xüsusiyyətləri eyni olmalıdır. Əks halda, informasiya dəyişməsi modemlər arasında baş verməyəcəkdir.
Qeyd edək ki, telefon xətlərinin keyfiyyətsiz olması və ötürülən siqnalların maneələrə rast gəlməsi modemin iş xüsusiyyətinə, yəni siqnalların keyfiyyətli və sürətli ötürülməsinə xələl gətirir.
Kompüterə qoşulan modem göstərilən iki iş rejimindən birində ola bilər: verilənlərin ötürülməsi və əmrlər rejimi. Birinci rejimdə kompüterin modemə ötürdüyü siqnal analoq siqnalına çevrilərək telefon xətti ilə ötürülür. İkinci rejimdə isə kompüter tərəfindən xüsusi əmrlərin verilməsinə baxmayaraq, modem özü müstəqil işləyir, yəni simvollar ardıcılğını əmrə çevirir.
Modemlər istifadə olunan kompüterlərin tiplərindən asılı olaraq daxili (elektron lövhə şəkilində kompüterin daxilində yerləşdirilir) və xarici (fərdi kompüterə ayrıca qurgu kimi qoşulur) olurlar.

Səs kartı (səs adapteri)
Səs məlumatlarını (musiqi, danışıq və s.) canlandırmaq üçün kompüterə akustik sistemlər (səs ucaldanlar) və səs kartları quraşdırılır. Səs kartı kompüterin imkanlarını genişləndirərək ona musiqi ifa etməyə, danışmağa (xüsusi proqramlardan istifadə etməklə) və məhdud şəkildə danışığı qəbul etməyə şərait yaradır.
Əgər kompüter CD ROM və səs kartı ilə təmin olunmuşsa, belə fərdi kompüterləri multimediyalı andırırlar. Onlardan təhsildə, istirahətdə və əyləncədə istifadə edirlər.

Şəbəkə kartı
Şəbəkə kartı (və ya şəbəkə adapteri) kompüterin lokal dövrəyə qoşulmasına imkan verir. Əgər firma və ya təşkilatda müəyyən sayda kompüterlərdən istifadə edilirsə, şəbəkə lövhəsi vasitəsilə ilə kompüterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.

DVD (digital vidio disk)
DVD kompakt diskləri oxuyan qurğunu (CD-ROM) əvəz edəcək qurğu kimi yaxın zamanlarda istehsal olunmağa başlanıb. Müxtəlif tutumlarda (təxminən 4.7 Hbayt-dan 17 Hbayt-a kimi) olan disklər adi kompakt disklərə çox oxşayırlar.

Strimmer
Strimmer (stream — uzun lent) informasiyaru maqnit lentinə yazan xüsusi imkanlı maqnitafondur. Ondan sərt maqnit diskində olan informasiyanın ehtiyatda saxlanılması üçün istifadə edirlər. Əgər həddindən artıq vacib olan informasiya sərt maqnit diskindədirsə, onu strimmerdə saxlamaq məsləhət görülür. Strimmerin kassetləri böyük tutuma (120 Mbaytdan 5 Hbayta qədər) malikdir.

Skaner
Mətn və qrafiki informasiyanın surətini çıxarıb kompüterə daxil etmək üçün skaner (Scaner) qurğusundan istifadə edilir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet və jurnal surətlərinin kompüterdə təkrar istifadə edilməsini təmin edir.
Fərdi skanerin əl ilə işləyən, planşet və baraban növlərindən istifadə olunur. Skanerin əsas elementi yarımkeçirici lazer və yarımkeçirici işıqqəbuledicidir. Skaner mətn və ya təsvir üzərində hərəkət etdikdə kağız üzərində hərəkət edən lazer şüası mətni və ya təsviri skanerləyir və təsvirə uyğun informasiyam işığa həssas yanmkeçiricilərdə əks etdirir. Nəticədə alınmış işıq siqnah elektrik siqnalına çevrilir və naqil vasitəsi ilə kompüterə ötürülür. Kompüterə ötürülən siqnal özündə təsvirə uyğun olan nöqtələrin sayını və təsvirin rəngini təzahür etdirir. Kompüter tərəfindən alınan siqnal kompüterin daxilində rəqəm siqnalına çevrilir. Ahnmış məlumat istifadəçi tərəfindən lazım gəldikdə fayl şəklində diskə yazılır.

Plotter
Plotter kağız üzərində müxtəlif çertyojların çəkilməsini təmin edir. Əsasən kompüterdə mühəndis məsələlərini həll etmək üçün istif adə edilir.

Rəqəmsal kamera
Rəqəmsal kamera kompüterə təsvirləri daxil etmək üçün istifadə olunan xüsusi quruluşlu cihazdır. 

Məntiq bizə nə öyrədər?
21 Апреля 2012 | Опубликовано в Derslik | Просмотры: 325 | Комментарии: 0

Məntiq bizə nə öyrədər?

 

Məntiq dərsinə girən professor, şagirdlərin «Məntiqli olmaq bizə nə qazandırar? Məntiq bizə nə öyrədir? „Sualına bir anekdot üzərindən cavab verməyi seçər. Bax, o professorun izah etdiyi anekdot və məntiqin bizə öyrətdikləri… Şagirdlər o ilin dərs proqramlarında yeni bir dərs olduğunu anlayarlar. Dərsin adı məntiqdir və dərsə yaşlıca bir professor başlayacaq. Nəhayət, ilk məntiq dərsi başlayır. Uşaqlardan biri söz haqqı istəyərək:
-Hörmətli cənab professor, məntiq bizə nə öyrədir? Lütfən hər şeydən əvvəl bunu izah edərsinizmi ?
Professor, özünə maraq və şübhəylə baxan tələbələrinə:

— Məntiq dərsinin insanların düşüncəsinə etdiyi təsiri açıqlamaq bir az çətindir.

Onun üçün bunu sizlərə bir misalla açıqlamaq istəyirəm deyir.

-Fərz edin ki, mədən ocağından iki insan çıxır: Birinin üzəri tərtəmiz, digərininki isə kömür qarası
içində…

Bunlardan hansının yuyulması lazımdır?

Tələbələr, heç tərəddüd etmədən:

-Əlbəttə, kirlisi! deyə cavab verərlər.

Professor, təbəssüm edərək:

— Bax, övladlarım, deyir…

— Məntiq bu suala cavab vermədən əvvəl bunu soruşar:

— “Necə olar da bir mədən ocağından çıxan iki adamdan biri tərtəmiz ikən digərininki çirkli ola bilir?» 

Məntiq
21 Апреля 2012 | Опубликовано в Derslik | Просмотры: 559 | Комментарии: 0

Məntiq

Bəzən həyatda müəyyən mübahisələrdə iştirak etməli oluruq. Biz mübahisələr zamanı müəyyən arqumentlərlə çıxış edirik. Gətirdiyimiz argumentlərin tutarlı olması üçün isə bizə məntiq elmini bilməyin çox böyük köməyi olur. Avropanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanın orta məktəblərində 1955-ci ildən bəri məntiq elmi tədris olunmur. Ali məktəblərdə isə bu elmi tədris etməyin öhdəsindən gəlməyi bacaran çox az müəllimə təsadüf olunur. Bu elm isə hər kəsin bilməsi vacib olan bir elmdir. Bütün fərqli sahələrin insanlarının məntiqli olmağa ehtiyacı olduğundan çalışacam ki, sizi bu elmlə qısa və daha anlaşıqlı şəkildə tanış edim.

Məntiq bir elm kimi, bizim eradan əvvəl 4-cü əsrdə formalaşmışdır və bu elmin babisi Aristotel olmuşdur. Məntiq ərəb sözü olub hərfən zəka, ağıl, fikir, anlayış, qanunauyğunluq, nitq mühakimə anlamlarına gəlir. Bu sözün yunanca qarşılığı «loqos»dur (rus dilindəki loqika sözüdə məhz yunan dlindən götürülüb). Lakin bu sözlər məntiq termininin elmi mənasını əhatə etmir. Hazır ki, dövrdə bu termin daha geniş mənada işlədilir. Məntiqə sözün dar mənasında qısa tərif versək, «məntiq həqiqətə aparan düzgün təfəkkür formaları, qanunları və bu formalar üzərində aparılan məntiqi əməliyyatlar və qaydalar haqqında elmdir». Məntiq elmi təfəkkürün formalarını öyrənir və üzə çıxarır. Məntiq elmi insana nece fikirləşməli olduğu barədə bir struktur verir ki, bir çox hallarda bu struktur məntiqli əqli nəticəyə gəlib çıxmaq üçün insana kömək olur. Məntiq daim yaradıcı axtarışların və yeni- yeni məntiq nəzəriyyələrinin meydana gəldiyi bir elm sahəsidir. Məsələn, sematik məntiq, predikatlar məntiqi, simvolik məntiq, ehtimali məntiq, qeyri-səlis məntiq, dialektik məntiq, konstruktiv məntiq və s. (bütün bu nəzəriyyələr haqqında çalışacam ki, gələcək postlarda ətraflı məlumat verim).


Biz məntiq elmini nə üçün bilməliyik?


Əslində bütün insanlar kortəbii məntiqi təfəkkürə malikdir, lakin onun köməkliyi ilə elmi problemləri açmaq dərk etmək çox çətindi hətda bəzi hallarda mümkün deyildir. Yəni ki, məntiqi bilməyin insana çox böyük köməyi olur.

1. Məntiq təfəkkürün şüursuzluq prosesini şüurluluğa çevirir, bununlada təfəkkürün özü dəqiqləşir, insan onu asanlıqla mənimsəyir və bu fenomendən uğurla istifadə edir.

2. Məntiq kortəbii təfəkkürün həll edə bilmədiyi bir sıra problemlərin həllinə kömək etməklə yanaşı, başqa elmlərin də məsələ və problemlərinin həlli üçün tədqiqatçılara konkret yollar göstərir, qaydalar verir.

3. Bu elm məntiqi təfəkkürün qarşıya qoyduğu bir çox fəlsəfi, elmi nəzəri problemlərə cavab verməklə, düşmənlərin və sözbazların məntiqdən sui-istifadəsinə mane olmaqla insana əməli kömək edir, qarşıdurmalardan necə çıxmaq yollarını göstərir, bununlada təfəkkür sistemində özünün həqiqi yerini və rolunu müəyyənləşdirir.

Məntiq elmini bilmək müasir dövrdə çox faydalıdı hətda vacibdir… Əsasən də nə isə sübut etmək üçün mövzuya tutarlı dəlillər gətirmək müasir dövrün ən əsas tələblərindəndir. Aristotelin zamanında "öz fikirlərini bir-biri ilə uzlaşdır" tələbi irəli sürülürdüsə, orta əsrlərdə "öz fikirlərini avtoritetlə (həmin sahədə nüfuzlu adamların) uzlaşdır" fikri dəbdə idi. Müasir dövrdə isə əsas tələb "öz fikirlərini faktlarla uzlaşdır" tələbidir.

 

 

BIOS haqqında
21 Апреля 2012 | Опубликовано в Derslik | Просмотры: 717 | Комментарии: 0

BIOS haqqında


Kompüterinizdə hansı əməliyyat sistemi yüklənmiş olursa olsun, arxa planda işləməkdə olan daha bir əməliyyat sistemi var. Mavi ekran vermədən, cihaz drayveri istəmədən işini yerinə yetirən bu əməliyyat sistemi-BIOS adlanır. BIOS-a sahib olduğunuzda, sisteminizi nizama salmaq ya da yaranan problemi aradan qaldırmaq üçün edə biləcəklərinizin sayı da artır.
BIOS-un açılışı Basic Input / Output System, yəni Əsas Giriş/ Çıxış Sistemidir. Əslində BIOS bir proqramdır, amma kompüterimizə yükləyib işlətdiyimiz digər proqramlardan yerləşdiyi yer və funksiyaları baxımından fərqlənir.
BIOS sisteminizin ayrılmaz bir parçasıdır, sisteminizi bağlasanız da, diskinizi formatlasanız da BIOS silinmir. Bunun səbəbi də, BIOS-un diskdə deyil, ana plata üzərində, tam oxuna bilən bir ROM yaddaş qurğusunda qeydli olmasıdır.
BIOS proqramı, digər proqramlarınızdan fərqli olaraq istəsəniz imtina edə biləcəyiniz bir proqram deyil, sistem işlədiyi anda işə başlayan, sistemin əsas bir hissəsidir. Əlavə olaraq BIOS tam olaraq sisteminizə görə nizamlanmış bir proqramdır, bu səbəblə də hər ana platanın BIOS-u özünə məxsusdur.
Ən yeni, ən müasir fərdi kompüterlərdəki BIOS-lar belə əslində çox köhnə proqramlardır. BIOS-un nüvə funksiyaları 1981-ci ildə çıxan IBM PC-yə əsaslanır və bu funksiyalar sisteminiz nə qədər yeni olursa olsun dəyişmir.


BIOS-un təyinatı

BIOS-un böyük hissəsi, sisteminizi qoşduqda işləyir, vəzifəsini tamamlayır və əməliyyat sisteminiz fəaliyyətə keçdikdə BIOS kənara çəkilir. Buna baxmayaraq vəzifəsi bitmiş sayılmır, çünki sistemin dərinliyindəki bəzi funksiyalar və enerji qənaət funksiyaları hələ BIOS-un məsuliyyətindədir. Sisteminizdə bir problem olmadıqda, ya da yeni taxdığınız bir təchizat, başqa bir təchizat ilə üst-üstə düşmədikcə BIOS arxa planda işləməkdədir.
İlk dəfə hazırlandıqda BIOS-un 4 funksiyası var idi:
1.Sistem açıldıqda, ilk olaraq aparat hissəsinə nəzarət edərək bir səhv olub olmadığını təsbit etmək (Power On Self Test - POST)
2.Sistem işlədikdən sonra RAM yaddaşı davamlı olaraq təzələmək
3.Sistem açıldığında bəzi kiçik RAM bloklarına sisteminiz haqqında məlumatlar yazmaq. Bunun məqsədi isə, proqramlarınızın sisteminizdəki təchizatlar haqqında məlumat sahibi olmamasıdır, məsələn bir proqramın, yaddaşdakı müəyyən bir sahəyə baxaraq neçə GBlik bir disk istifadə etdiyinizi və neçə diskinizin olduğunu anlaya bilməsi üçün. Bu bloklara BIOS Data Area deyilir.
4.Proqramlarınızın aparat hissəsi ilə əlaqələndirilməsini təmin etmək
İndiki vaxtda, inkişaf etmiş əməliyyat sistemləri BIOS-un gördüyü bir çox işi üzərlərinə götürürlər. BIOS hələ də var və əsas əməliyyatlar üçün lazımlıdır, amma əməliyyat sistemləri çoxu BIOS parametrini də keçə bilirlər. Məsələn, BIOS-un Setup ekranına girib, sistemə taxılı disklərinizdən birini sıradan çıxarsanız da, Windowsa girərkən diskin yerində olduğunu görəcəksiniz.
BIOS-un ilk funksiyası, sistemin açılmasını təmin etməkdir. Əgər prosessorunuza nə edəcəyini söyləməsəniz, ana platanın üzərində öz başına işləyəcək. Halbuki BIOS, prosessorunuza ilk əsas əmrləri verərək, sistemin açılışını başladır. POST əməliyyatı tamamlandıqdan sonra da idarəni digər proqramlara verir. Bu sayədə PC-lərimizin universal olması təmin edilir, yəni əməliyyat sisteminə aid xüsusi BIOS-a ehtiyac duyulmur. BIOS işini qurtardıqdan sonra əməliyyat sistemi fəaliyyətə keçir.


BIOS-a Daxilolma

BIOS-a daxil olmanın ən məşhur yolu, sisteminiz açılarkən DEL düyməsinə basmaqdır. Bəzi ana platalarda Setup ekranına çatmaq üçün DEL düyməsi yerinə ESC, F1 ya da F2 düymələrinə də basıla bilər, amma ən məşhur üsul DEL düyməsinə basmaqdır. Açılış zamanı BIOS, sisteminizdə olan təchizat komponentlərinə nəzarət edərkən, istifadə edilə bilən yaddaşı sayarkən və sabit diskləri (digər yaddaş cihazlarını da) taparkən klaviaturanızda olan xüsusi bir düyməyə basaraq BIOS nizam səhifəsinə girə bilərsiniz. Ümumiyyətlə bu əməliyyat [Del] düyməsinə basaraq edilir ancaq [F2] kimi digər düymələr də ola bilər. Əgər bütün üsulları sınayıb yenə də müvəffəqiyyətli ola bilmədinizsə kompüterinizin və ya ana platanızın istifadə etmə bələdçisinə baxa bilərsiniz. Kompüter açılmağa başladığı anda bu düyməyə bir ya da iki saniyə basmanız kafi olacaq. Hər şey olması lazım olduğu kimi işləsə BIOS yaddaş miqdarını saymağı bitirəcək və ana BIOS menyusunu açacaq. Əgər gözlənilən ekran gəlmədisə kompüterinizi yenidən işə salıb fərqli bir düyməni yoxlaya bilərsiniz. Məsələn, əksər kompüterlər [F1] və ya [Esc] düyməsini istifadə edir. Bəzən də [F2], [F10] və ya [Alt+F1] düymələrini sınamaq lazım gəlir.


BIOS Nizamlarını Dəyişdirmək

BIOS-un istifadəçini ən çox maraqlandıracaq qismi, əslində BIOS-un bir funksiyası kimi düşünülməmiş olan System Setup, yəni Sistem Nizamları qismidir. Bir çox ekrandan ibarət olan bu nizam sistemində, sisteminizin bir çox hissəsi ilə əlaqə yarada bilər, prosessor və yaddaş sürətindən, modeminizin istifadə etdiyi IRQ-yə qədər hər detala müdaxilə edə bilərsiniz.
BIOS proqramı: Variantlar arasında gəzmək üçün ox düymələrini istifadə edin, istədiyiniz menyuya girmək üçün Giriş (Enter) düyməsini basın. BIOS menyusundakı bir varianta çatmaq üçün ox düymələriylə istədiyiniz başlığı seçili hala gətirin. Giriş (Enter) düyməsinə basdığınızda bir alt menyu qarşınıza gəlir. Seçdiyiniz nizamla əlaqədar seçkini dəyişdirmək üçün müsbət [+] və ya mənfi [-] düymələrini istifadə edə bilərsiniz, [Page Up] və [Page Down] düymələri də eyni işi görəcəklər. Ana menyu ekranından alt menyulara çata bilmək üçün bu üsulu istifadə edə bilərsiniz, bəzi alt menyuların da altında özlərinə aid alt menyular ola bilər, istədiyinizi nizama çatmaq üçün getdiyi yerə qədər getməlisiniz.
Alt Menyuları açmaq: Çox variant [+] və ya [-] düymələrinə basılaraq dəyişdirilə bilər. Bəzi nizamlarda isə menyu içində gəzişərək variantlar arasında seçki etmək lazım ola bilər.


BIOS səhv siqnalları

Fasiləsiz Səs - Güc qaynağı xətası,
Bir çox qısa bip - Ana plata xətası,
1 uzun - Yaddaş təzələnilməsində səhv,
1 uzun 1 qısa - Ana plata və ya BIOS çipi xətası,
1 uzun 2 qısa - Ekran kartı səhvi, (əsasən köhnə kartlardakı DIP switch əsaslıdır)
1 uzun 3 qısa - Ekran kartı səhvi,
2 uzun 1 qısa - Ekran kartı səhvi, (RAMDAC əsaslı)
2 qısa - Yaddaş parity səhvi,
3 qısa - Yaddaşın ilk 64kb-lıq hissəsində səhv,
4 qısa - Timer səhvi,
5 qısa - Prosessor səhvi,
6 qısa - Klaviatura prosessoru səhvi,
7 qısa - Prosessor səhvi,
8 qısa - Ekran kartı yaddaşında oxuma/yazma səhvi,
9 qısa - BIOS ROM səhvi,
10 qısa - CMOS oxuma/yazma səhvi,
11 qısa - Tampon Yaddaş Səhvi.


BİOS Nizamları

Menyu başlıqları ana platanızın markasına görə dəyişə bilər amma ümumiyyətlə eynidirlər.
CMOS Setup Utility
ADVANCED BIOS FEATURES
ADVANCED CHIPSET FEATURES
INTEGRATED PERIPHERALS
POWER MANAGEMENT SETUP
PNP/PCI CONFIGURATİONS
PC HEALTH STATUS/HARDWARE MONITOR
LOAD FAIL SAFE DEFAULTS
LOAD OPTIMIZED DEFAULTS
SET SUPERVISOR & USER PASSWORD
SAVE AND EXIT SETUP
EXIT WHITOUT SAVING

CMOS: BIOS məlumatlarını saxlayan yarı keçiriciyə verilən addır. (Complementary Metal Oxide Semiconductor). BIOS Setupu ilk açdığızda ekrana gələn menyuya da CMOS Setup adı verilir. OK düymələri ilə buradakı seçimlərdən birinin üzərinə gəlib enter düyməsinə basdığınızda ya alt menyulara keçilir, ya da bu seçimlər onsuz da öz başına bir əmrdir; bu əmr yerinə yetirilir. BIOS Setupun bütün pəncərələrində olduğu kimi bu pəncərədən də Esc düyməsinə basılaraq çıxa bilər və ya F10 düyməsinə basaraq etdiyiniz dəyişiklikləri yazaraq çıxa bilərsiniz.


Standart CMOS Setup

Əsas Menyudan bu bölməyə girdiyinizdə, əsas sistem nizamları və sistem saatı ilə əlaqədar seçimlərlə qarçılaşacaqsınız. Bunların funksiyaları aşağıda təqdim edilmişdir.
Date/Time : Sistem saatını və tarixini buradan nizamlaya bilərsiniz.
Sərt Disklər : BIOS və ana platalar 4 IDE driver-e (sərt disk və ya CD-ROM) dəstəkləyir. IDE disketlərinizin nizamlarını "Hard Disks" adlı bu bölmədə görə bilərsiniz.
Disk Driver-lər : Bu bölmədən disket driver-inizin tipini seçəcəksiniz. Bir disket driver-iniz varsa bunu 1.44M, 3.5 olaraq seçə bilərsiniz. Digər disket driver-i (Drive B) isə "Not Installed" (Qurulmamış) olaraq buraxılır.
Halt-On : POST, yəni BIOS-un həyata keçirdiyi təchizat testləri əsnasında bir təchizat səhvi ilə qarşılaşılsa sistem dayanır. Halt-On seçimi ilə bəzi səhvlərin diqqətə alınmamasını, POST əməliyyatının davam edərək sistemin açılmasını söyləyə bilərsiniz. Bu seçimlər aşağıdakı kimidir:
• No errors POST heç bir səhvdə dayanmır.
• All errors BIOS bir səhv təsbit etdiyində dayanır və sizə bu səhvi düzəltməyiniz üçün xəbərdarlıq edir.
• All, But Keyboard POST klaviatura səhvləri xaricindəki səhvlərdə dayanır.
• All, But Disketdə POST disket driver səhvləri xaricindəki səhvlərdə dayanır.
• All, But disk/Key POST klaviatura və disket driver səhvləri xaricindəki səhvlərdə dayanır.
Yaddaş Məlumatları : Bu sahədəki məlumatlarda dəyişiklik edə bilməzsiniz. Burada ənənəvi (base), genişləndirilmiş (extended) və digər yaddaş tutumları haqqında məlumat iştirak edir.


BIOS Features Setup

CPU Internal Core Speed : Bəzi ana platalarda istifadəçinin sürəti görünür. (233MHz, 300MHz kimi). Yeni Abit, Chaintech kimi ana platalarda bu bir seçim olaraq verilmişdir və prosessor sürətini BIOS proqramından nizamlamanıza icazə verir.
Virus Warning : Bu seçim Boot virusları üçün gözəl vasitədir.
CPU Internal Cache : Çox istifadə edilən bəzi məlumatlar müəyyən müddətlik sürətli operativ yaddaşda tutula bilər. Beləliklə, bəzi əməliyyatlar daha sürətli həyata keçirilir.
BIOS Update : BIOS yeniləmə modulunun prosessora lazımlı məlumatları çatdırmasını təmin edir. Enabled mövqeyində olmalıdır.
Quick Power On Self Test : POST əməliyyatının 4 dəfə yerinə (bəzi PClərdə 3 dəfə) bir dəfə edilməsini təmin edir.
Boot Sequence : PC-niz açıldıqda BIOS-un əməliyyat sistemi üçün öncə hansı driver-ə baxması lazım olduğunu bildirir.
Gate A20 Option : Bu seçim, sistemin 1 MB-dan çox genişlənmiş yaddaşı (extended memory) necə istifadə edəcəyi ilə əlaqədardır.
Security Option : Sisteminizə və BIOS Setupdakı nizamlara başqalarının girə bilməməsi üçün BIOS Setupdan şifrə qoya bilərsiniz .


CHIPSET Features Setup

Ana platanın chipseti ilə əlaqədar nizamlar bu hissədə olur. Çox ana platada olan chipset və yaddaş nizamları ilə əlaqədar seçimləri bu bölmədə izah edəcəyik.
EDO Avto Configuration : EDO RAM ilə əlaqədar texniki məlumatlar saxlayan nizamları olduğu kimi buraxmanız məsləhətdir.

SDRAM Configuration : Sisteminizdə SDRAM tipində yaddaş istifadə edirsinizsə yaddaşlarınızın sürətini burada təyin edə bilərsiniz.
8/16 Bit I/O Recovery Time : 8 və 16 bitlik ISA kartlar üçün zamanlama.
CPU Warning Temperature : Prosessor istiliyi neçə dərəcəyə gəldikdə sistemin siqnal verəcəyini təyin edir.


POWER Management Setup

Bu bölmədə sisteminizin enerji istifadəsini azaltmaq üçün nizamlar var.
Power Management : Nizamı "Max Saving"-ə gətirsəniz sistem qısa bir vaxt istifadə edilmədən dayansa enerji qənaət rejiminə keçəcək. "Min Saving"də də eyni əməliyyat olur amma bu dəfə sistem enerji qənaət rejiminə daha uzun müddətdə keçir.
Video Off Option : Bu seçim monitorun nə vaxt enerji qoruyucusunun qənaət edə biləcəyini göstərir.
Video Off Method : Monitorun nə şəkildə asqıya alınacağını təyin edir.
PM Timers : Bu bölmədə diski enerji qənaət rejiminə keçirən "HDD Power Down" vaxtı, və sistemin Yuxu, Gözlətmə və Təxirə salma (Doze, Standby, Suspend) rejimlərinə keçmələri üçün lazımlı vaxtlar nizamlana bilər.
Power Up Control : Sistemin nə vaxt avtomatik açılacağı təyin olunur.
Automatic Power Up : Sisteminizin günün təyin etdiyiniz saatlarında avtomatik olaraq açılmasını təmin edir.


PNP/PCI Setup

Bu pəncərədə BIOS-u istifadə etmək yerinə PCI məlumatları nizamlayaraq Qoş-İşlət (PnP) əməliyyat sistemlərindən faydalanmaq üçün lazımlı seçimlər olur. Nizamların qarşısında "Yes" seçilmişsə əməliyyat sistemi cihazla əlaqədar kəsmələri özü nizamlayır.
Resources Controlled By : Qoş-İşlət funksiyasını dəstəkləyən BIOS-lar bütün boot əməliyyatlarını və Qoş-İşlət cihazları idarə edə bilər.


Load BIOS Defaults

BIOS nizamları ilə əlaqədar hər hansı ciddi bir problem ilə qarşılaşdığınızda istifadə edilir.


Load Setup Defaults

Bu BIOS-un zavod nizamlarını yükləyir.


Supervisor/User Password

Supervisor Password, həm BIOS Setup-a həm də sistemə şifrə qoyur.
HDD Low Level Format : Bəzi BIOS-larda olan bu seçim sabit diski aşağı səviyyəli format edir. Çox təkrarlanması diski poza bilər.


Save & Exit Setup

BIOS Setupda etdiyiniz dəyişikliklərin heç biri BIOS-a yazılmadan dövrəyə girmir. Bu seçimə 'Enter' vurub Y düyməsinə basaraq etdiklərinizi yazacaq və təkrar sistem açılışına geri dönəcəksiniz. Etdiyiniz dəyişiklikləri yazmadan əvvəl bir səhv etmədiyinizdən əmin olun.


Exit Without Saving

Etdiyiniz dəyişiklikləri yadda saxlamadan, yəni bu dəyişiklikləri fəaliyyətə keçirtmədən BIOS Setupdan çıxmaq üçün bu seçimin üzerinə gəlib Enter düyməsini basın. 

“You Tube” necə yaranıb?
20 Апреля 2012 | Опубликовано в Derslik | Просмотры: 288 | Комментарии: 0

“You Tube” necə yaranıb?

“You Tube” məşhur internet video paylaşım sistemidir. İngiliscədən tərcumədə “you” - sən, “Tube” isə boru mənasını verir. Mənaca tərcuməsi isə “sənin internetə çıxış vasitən” deməkdir.

Sayt 2005-ci ildə bir nəfər gənc tərəfindən yaradılıb. Rəsmi olmayan məlumatlara görə bir nəfər qonşu ştata dostunun ad gününə gəlir. Ad günündə iştirak edir və onları videoya çəkir. Səhəri gün işləri olduğundan gənc videosu ilə birlikdə öz ştatına qayıdır. Dostları ondan video görüntünün sürətini istədikdə isə o bildirir ki, çəkilişin həcmi çoxdur. Və heç bir internet post ünvanı onu göndərə bilmir. Sonra gənc fikirləşir və həvəskar bir sayt yaradır. Video görüntünü orada yerləşdirir. Dostlarına da xəbərdar edir.

Sonra dostları da həmin sayta daxil olur, ad günündə iştirak edən hər kəsə görüntüləri götürmələri üçün saytın ünvanı verilir. Sonra onlarda saytda video yerləşdirirlər. Beləcə sayta video yerləşdirənlərin sayı durmadan artmağa başlayır. Nəticədə “You Tube” yaranır.

2006-cı ildə məşhur axtarış sistemlərindən olan Google onun səhmlərinin hamısını 1.65 milyard dollara satın alır.

Hal-hazırda “YouTube”-a hər dəqiqədə 20 saatlıq video yüklənir. Yaxın zamanlarda bu rəqəmin 24 saata çatacağı bildirilir. Yəni, "YouTube"-a bir dəqiqədə 1 günlük görünüş yüklənəcək. Bu videoların müddəti isə 34.560 saata, yəni 1440 günə (4 il uzunluğuna) bərabər olacaq.

İlk Elektron cədvəl haqqında
20 Апреля 2012 | Опубликовано в Derslik | Просмотры: 786 | Комментарии: 1

"İlk Elektron cədvəl haqqında"

Bəli, bu gün hazırladığımız bütün mürəkkəb hesabat formalarının, apardığımız təhlillərin istənilən formalarda və qısa bir zamanda əldə olunması məhz "Elektron cədvəl”in sayəsində mümkündür. Əvvəllər hələ sadə hesablama işlərini aparmaq üçün həddən çox vaxt və əmək sərfi tələb olunurdusa hazırda ən mürəkkəb riyazi məsələləri də bu proqramın vasitəsilə həll edilə bilməsi imkanı adi hal kimi qəbul olunur. Məhz buna görədir ki, biz hamımız bu gün görülən işlərimizin çevik və keyfiyyətli aparılmasına görə "Electron cədvəl”ə borcluyuq. Indi isə ilk "Elektron cədvəl”in yaranmasının tarixcəsinə qısa nəzər salaq.

İlk elektron cədvəl "Visicalc" adı ilə 17 Oktyabr 1979-cu ildə 99$-a bazara çıxarılıb. Bu cədvəlin yaradılması Daniel Briklinin adı ilə bağlıdır. Daniel Briklin həmin günü belə təsvir edir:”Personal Software” firması bu məhsulun ilkin nümayişini həyata keçirirdi və bu məhsulu yalnız xüsusiləşdirilmiş mağazaların vitrinlərində görmək olardı. Əgər o gün siz bu məhsulu hər hansı bir proqramçıya göstərsəydiniz o belə deyərdi :”Bu ki əladır! Bəs onun nə kimi özəllikləri var? Məlumdur ki, bunu kompüterlər də edə bilərlər”. Amma əgər siz Visicalc-nı maliyyə hesabatları ilə məşğul olan bir şəxsə göstərsəydiniz o həyəcandan əsməyə başlayar və deyərdi:"Bəli bununla işlərimə bir həftə qənaət edə bilərdim”."Visicalc"-nın meydana gəlməsi müəssisələrdə menecer və mühasiblər arasında bir gurultu qopardı. Briklinin bu kəşfi fərdi kompüterlər üçün məşhur biznes proqrama çevrildi. Visicalc ilk dəfə quruaşdırıldığı Apple II kompüterləri satışa çıxarıılan kimi dərhal satıldı. Daha sonralar Visicalc əksər fərdi kompüterlərə də adoptasiya edildi. Qeyd etmək lazımdır ki, Visicalc-ın yaradılmasında çoxlu əmək sərf edən Robert Frenkstona olsa da proyektin ideyası Daniel Briklinə məxsus idi. Briklin Multics layihəsinidə də iştirak edirdi. Universitetdə təhsil alarkən o Bob Frenkistonla tanış olur və onlar biznesdəki gələcək birgə işləri barədə razılığa gəlirlər. 1973-cü ildə o Elektronika və Kompüter elmi üzə MİT-in bakalavr dərəcəsinə yiyələnir. Sonra Briklin bir müddət mikroprosessorlarda istifadə olunan electron kassa aparatını istehsal edən bir kompaniyada işlədi. 1977-ci ilin payızında o Harvard-Biznes məktəbinə qəbul oldu. Don Briklin xatirələrində deyir:”Mənim kalkulyatorum var idi, gecələr evdə hesablamalar aparırdım və səhvlər edərkən rəqəmlər üçün mətn prosessoru yartmaq barədə xəyal edirdim (deyək ki 10% əvəzinə 12% ehtimalla hesablamaq imkanı) və mən anlayırdım ki, videoekran və mausun köməkliyi ilə kompüterdə bu şeylərin hamısını etmək mümkündür. O vaxtlar fərdi kompüterlər elə də çox deyildi amma bilirdim ki, bunu etmək mümkündür və qərara gəldim ki, məktəbi bitirdikdən sonra bu elektron cədvəli işləyərəm”. "Elektron cədvəl”in yaradılması problemini düşünərkən (o vaxt belə termin mövcud deyildi) o deyir:”ağlıma gəldi ki, fiks olunmuş sətir və sütunlardan istifadə edim. Onları hansısa formada təyin etmək lazım gəlirdi. Ən yaxşı vasitə sətirləri rəqəmlərlə, sütunların isə hərflərlə işarələnməsi idi”. Biz minimum 54 sütun adı, cəmi və yaddaşın imkan verdiyi çərçivədə sətirlər sayına malik olmağı istəyirdik.

Beləliklə 1978-ci ilin yazında ideya yarandı yayda isə Briklin və Frenkston proqram məhsulu yaratmağı qərara aldılar. 1979-cu ilin iki yanvarında onlar Software Arts kompaniyasının əsasını qoydular və həmin günü də onlar Visicalc-ın yaranma tarixi kimi qeyd edirlər.

"Visicalc" (ingiliscədən Visible calculator) anlayışı birdən-birə formalaşmamışdı. Ilkin vaxtlarda onlar bu proqram məhsulunu müxtəlif cür "elektron çarpaz kitab”, "elektron lövhə” kimi adlandırırdılar (cədvəl adlandırmaqdan çəkinərək). "Elektron cədvəl” (spreadsheet) anlayışını, 80-ci illərdə Tondy firması qanuni formaya saldı. Bu hadisə - məhsul versiyasının müxtəlif kompaniyaların hesablayıcılarına quraşdırılan zamanlara təsadüf edirdi.

Artıq məlum olduğu kimi "Visicalc"ın birinci versiyası 1979-da Apple II fərdi kompüterlərinə quraşdırılıb. O zaman yaddaşın həcmi 16 kb idi. Onlar 10 il keçəndən sonra Byte jurnalının redaktoruna bunları danışdılar:”Biz istifadəçinin ekranı bölərək eyni zamanda qrafik və mətni görməsinə nail olmaq istəyirdik. Biz ekranı ikimətnli pəncərəyə bölərək başlıq təyin etdik. Biz maksimum nəticəyə nail olmaq üçün çalışırdıq. Bizim düşüncəmizə görə işin sadə olması təlimin asan olmasından daha vacib idi. Məsələn : səhvlər baş verməyənə qədər bizim vergüllərimiz yox idi və məhsulun bazara çıxmalı olduğu bir vaxtda isə bu yalnışlığı düzəltməyə vaxt yox idi. Digər tərəfdən biz sinus və kosinusların da proqrama daxil edilməsini ümid edirdik. Amma limitləşdirilmiş yaddaş həcminə görə bu xüsusiyyətlərdən vaz keçməli olduq. Təssüf ki, biz bu barədə Byte jurnalının təsisçisi Karl Xelmersuya danışdıq, o isə fürsəti əldən verməyərək məhsulu jurnal səhifəsində təsvir edərkən bu anları da dərc etdirdi. Bizə isə hər halda sinus və kosinusları daxil etmək lazım gəlirdi. Bu bizə müəyyən yaddaş həcmi hesabına başa gəldi. Digər məqam isə indiyə kimi heç kimin eşitmədiyi səsin qəbul edilməsində idi. Bizdə iki müxtəlif səs var idi. Birinci səs səhvin təyin edilməsi zamanı digəri isə limitin müəyyən edilməsi zamanı gələn səslər idi. Kursoru ora (limitlərə doğru) apararkən kursor gedə bilmir və kompüter "tuk-tuk-tuk”a bənzər səs çıxarırdı. Bəs proqram paketinin sonrakı inkişafı necə oldu? Daniel Briklin xatırlayır:” biz başa düşürdük ki, verilənlərin daxil edilməsi və çıxarılması imkanı olmalıdır ki, bu məhsulu çıxara bilək. DigiBasic dilində məhdudiyyətlər var idi biz isə Visicalc-nı tərtib etmək istəyirdik ki, burada da həm asan yazmaq və oxumaq mümkün olsun ki heç kimin başqa iradı qalmasın”.

80-ci illərdə electron cədvəl proqramları faktiki olaraq proqram təminatı kateqoriyasının liderinə çevrilmişdi. Artıq 1986-cı ilin payızında elektron cədvəlin 7 milyondan çoxu istifadəçilərin əlində idi. Visicalc-ın əvəzinə yeni electron prosessor olan "Lotus 1-2-3” Mitçe Keypor tərəfindən işlənildi.

1977-ci ildə Briklin Trellix adlanan birinci kompaniyasını təşkil etdi və növbəti il özünün birinci məhsulu olan Trellix 1.0 –nı buraxdı. Bu məhsul interaktiv sənədlərin tərtibini təşkil etmək üçün nəzərdə tutulmuşdu.

1987-ci ilin sonunda Windows üçün original versiya "Excel 2” meydana gəldi. Macintosh üçün birinci versiyanın hazırlanmasına qədər bu versiya "Excel 2” adını daşıdı. O vaxtlar Windows hələ geniş yayılmamışdı. Ona görə də excel operativ Windows əməliyyat sistemi versiyasını müşayiət etdi. Burada "Excel"in işləməsi üçün yetərli funksiyalar var idi.Bugünün tələblərinə görə "Excel"in bu versiyası yarımçıq olması təəsuratı bağışlayır.

1990-cı ildə Mirosoft kompaniyası Windows üçün "Excel 3”ü yaratdılar. Bu versiya daha mükəmməl alətləri və görüntüsü ilə diqqəti cəlb edirdi. "Excel 3”-də alətlər paneli, rəsm çəkmək imkanları, işçi kitabın strukturu, sazlamalar, üçölçülü dioqramlar, sənədlərin birgə redaktə edilməsi funksiyaları və digər çoxlu funksiyaları özündə cəmləşdirirdi.

1992-nin yazında "Excel 4” işıq üzü gördü. Bu versiyanın meydana çıxması "Windows”un məşhurluğunun artmasına əhəmiyyəti dərəcədə təsir göstərdi. Bu versiya istifadə imkanları və rahatlıq baxımından daha sadə və əlverişli idi.

1994-də "Excel 5" bazara çıxarıldı. Bu versiya kəmiyyətcə daha çox geniş imkanlara malik idi. Çoxsəhifəli işçi kitab və yeni makrodil Visual Basic for Application (VBA) artıq bu versiyada mövcud idi. Digər əvvəlki versiyalar kimi bu versiya da geniş kütlənin rəğbətini qazanmışdı.

"Excel"in sonrakı inkişafı isə bu ardıcıllıqla sıralanır:

"Excel 7" kimi tanınan –Excel 95. (1995-in yayında)

"Excel 8" kimi tanınan – Excel 97. (1996-da)

"Excel 9" kimi tanınan – Excel 2000. (1999-un iyununda)

"Excel 10" kimi tanınan – Excel 2002. (2001-ci il iyun ayında)

"Excel 11" kimi tanınan – Excel 2003. (ən məşhur versiya)

"Excel 12" kimi tanınan – Excel 2007. (2006-iyulda)

"Excel 14" kimi tanınan – Excel 2010. (birbaşa 13-cü əvəzinə 14-cü versiya hazırlandığı üçün). 2009-un oktyabr ayından pulsuz beta versiyasının yayılmasına başlanılıb.

Dərslik-1
18 Ноября 2011 | Опубликовано в Derslik | Просмотры: 1254 | Комментарии: 0

 

İNFORMATIKA FƏNNININ PREDMETI.

 

İnformatika məlumatın EHM(Elektron hesablama maşınları) vasitəsi ilə qəbul, emal və ötürülməsini öyrənən elmdir.

Məlumat ətraf mühitdə gördüklərimiz, eşitdiklərimiz, hiss etdiklərimizdir və ya ətraf mühitdə topladığımız biliklər toplusudur. Məlumat nəyi əhatə edir: musiqi, idman, siyasət, iqtisadiyyat və s. Məlumat hansı şəkildə təsvir olunur: səs, video, qrafika, cədvəl, mətn, ədəd və s. Ən əhəmiyyətli ədədi şəkildə informasiyadır. İxtiyari məlumat üzərində 3 növ əməliyyat aparılır:

  1. məlumatın toplanması
  2. məlumatın emalı
  3. məlumatın təhlili və istifadəsi

Simvol deyəndə rəqəm, hərf, durğu işarələri nəzərdə tutulur. Məlumatın növləri: hərfi, ədədi, qrafik, impuls, səs, kodlaşdırılmış, proqram tipli. Hər növ məlumata aid nümunələr göstərilsin. Hər növ məlumatı emal etmək üçün xüsusi kompüter proqramları var. Proqram hər hansı məsələni həll etmək üçün müəyyən alqoritmik dildə yazılmış əmrlər ardıcıllığıdır.

Kompüter sözü “hesablama” deməkdir. Məlumatın emal olunmasını avtomatlaşdırmaq üçün istifadə edilən müasir texniki vasitələrdən biridir. Vəzifəsi:

  1.  məlumatı daxil edir(daxiletmə)
  2. məlumat üzərində əməliyyat aparır
  3. xarici yaddaş qurğularında yadda saxlayır

Kompüterin əsası arifmometrdir. Arifmometr ancaq konkret əməliyyatları yerinə yetirir(+, -, :, *). Kompüter isə insanın iştirakı olmadan, əlbəttə,  əvvəlcədən verilmiş proqramla mürəkkəb hesablama əməliyyatlarını yerinə yetirir. Bundan əlavə, aralıq və yekun nəticələri yadda saxlamaq qabiliyyətinə malikdir(yaddaş).

İnformatika digər elmlərlə sıx əlaqədardır. Müasir həyatda kompüter elmin bütün sahələrində tətbiq olunur. Riyazi hesablamalarda, təbabətdə: diaqnostika və müalicə metodlarının tətbiq olunmasında, layihələşdirilmədə, iqtisadiyyatda, dərs prosesində, adi həyatda-inkişaf etdirən oyunlar, İnternet şəbəkəsi: bütün dünyada olan məlumat almaq imkanını verir və s. Kompüterin istifadə olunduğu sahələrə aid 15 misal gətirin.

Kompüterin yaranma  tarixi.

Bu fayla baxmaq üçün Ctrl düyməsini və mausun sol düyməsini eyni zamanda vurun.

Nə üçün kompüterə ehtiyac oldu? Böyük həcmdə məlumatı böyük sürətlə emal etmək zəruriliyi. Buna aid misal: Abituriyent sistemi, Reytinqlərin hesablanması, Seçkilər, Statistik məlumatın emalı və s.

Dediyimiz kimi, kompüter yalnız ədədi şəkildə məlumatı emal edir. Digər məlumat növlərini(səs, təsvirlər, qrafika, cihazların göstəriciləri ) kompüterdə emal olunması üçün ədədi şəklə çevrilməlidir. Hərfi şəkildə olan rəqəmlərə uyğunlaşdırılması kodlaşdırılma adlanır. Kompüterdə məlumatın ölçü vahidi bitdir. Yaddaşın ölçü vahidi baytdır.

Say sistemləri.

Kompüterdə 256 simvoldan istifadə edilir. Bu simvolları 2-lik say sistemində kodlaşdırmaq lazımdır. Əvvəlcə hər simvola 10-luq say sisteminə bir rəqəm uyğunlaşdırılır. Sonra isə 2-lik say sisteminə çevrilir. Bildiyimiz kimi kompüterdə məlumatın ölçü vahidi 1 bit-dir.  256 simvolu kodlaşdırmaq üçün neçə bit lazımdır?

Əgər 1 bayt=2bit olarsa neçə simvolu kodlaşdırmaq olar?

0 və 1-lərdən neçə kombinasiya alırıq: 00,01,10,11 deməli 4 (və ya 22) simvolu kodlaşdırmaq olar

Əgər 1 bayt=3bit olarsa neçə simvolu kodlaşdırmaq olar?

0 və 1-lərdən neçə kombinasiya alırıq: 000,001,010,100,011,110,101,111 deməli 8 simvolu və ya 23 kodlaşdırmaq olar və s.

Bu qayda ilə alırıq ki, 256 simvolu kodlaşdırmaq üçün 8 bit (və ya 2) lazımdır

Misal üçün: A---65----01100101

1Bayt=8 bit

1KB=1024B

1MB=1024KB

1GB=1024MB

(Böyük hərflərlə yazılır)

16-lıq say sistemində A-10, B-11, C-12, D-13, E-14, F-15. 16-lıq say sistemində yazılmış ədədlərin sonuna h hərfi əlavə olunur. Çox vaxt səhv ünvanları göstərmək üçündür. B9h-11*16+9=185, 4A9F-4*163+10*162+9*161+15*160=19103 və s.

 

Kompüterin qurğuları.

 

Kompüter və istifadəçi arasında interfeys. Kompüterlə ünsiyyət müasir dövrdə dialoq rejimində həyata keçirilir. Dialoq komanda və proqramların köməyi ilə yaradılır. Müəyyən əməliyyatı yerinə yetirmək üçün kompüterim başa düşdüyü dildə ona verilən göstəriş komandadır.  Proqram komandaların müəyyən şəkildə toplusudur.

Birinci nəsildən başlayaraq indiyə qədər bütün kompüterlər bir-birindən nə qədər fərqlənsələr də, hamısı Fon Neymanın verdiyi klassik sxem əsasında işləyir. Kompüterin ümumi quruluşu:

  1. Hesabi-məntiqi qurğu-xüsusi elektron sxem – çip (cheap)  hesab və məntiqi əməliyyatları aparmaq üçündür
  2. İdarəedici qurğu – çip olub kompüteri idarə etmək, proqramları yerinə yetirmək, qurğulara müraciət etmək və s. üçündür. Buna bəzən kompüterin beyni də deyilir.
  3. Operativ Yaddaş – kompüterin elə bir hissəsidir ki, bütün daxil edilənlər üzərində əməliyyatlar məhz orada keçirilir. Buna daxili yaddaş da deyilir.
  4. Xarici qurğular – informasiyanı kompüterə daxil etmək və uzun müddət yadda saxlamaq üçündür. Buna xarici yaddaş da deyilir.

Qeyd: Müasir kompüterlərdə hesabi-məntiqi qurğu, idarəedici qurğu ilə birgə prosessor adlanır.

Ümumi quruluşun sxemi aşağıda göstərilib.

 SHAPE  \* MERGEFORMAT

Giriş qurğusu

Hesabi-məntiqi qurğu

Yaddaş qurğusu

idarəetmə qurğusu

Çıxış qurğusu

Kompüterin əsas qurğuları.

  1. Klaviatura
  2. Monitor(displey, ekran)
  3. Sistem bloku
  4. Mouse

Sistem blokuna daxildir:

  1. Sərt disk
  2. Disk sürücüləri
  3. Prosessor

Əsas Qurğuların vəzifələri:

Klaviatura daxil etmə qurğusudur. Klaviaturada dörd qrup düymə vardır.

1-ci əsas qrupa daxil olan düymələr: hərflər, rəqəmlər, işarələr

2-ci qrupa idarəedici düymələr daxildir:

Enter – daxil etmək

Esc – rejimdən çıxmaq

Caps Look – böyük hərflərə keçmək

Spase – boş mövqe

Back Space – kursordan sol tərəfi pozur

Ctrl, Shift, Alt bu düymələr başqa düymələrlə işlədilir.

Misal üçün Ctrl+C kopya etmək üçündür, Ctrl+Alt+Del kompüter yenidən yükləmək üçün

Tab – kursoru 8 mövqe sağa atır.

Print Screen – ekran görünüşünü bufer yaddaşa köçürür

Page Up, Page Down – mətni ekran səhifələrinə görə vərəqləyir

Home – mətndə kursoru bir başa sətrin əvvəlinə gətirir

End – mətndə kursoru bir başa sətrin sonuna gətirir

3-cü qrup (hərəkət) düymələr 2 rejimdə işləyir: Num Loock düyməsi aktiv olanda rəqəmlərlə işləmək olur, aktiv olmayanda kursoru idarə edən düymələr işləyir

Klaviaturadakı (aşağıdakı) düymələr kursorun hərəkətini təmin edir. SHAPE  \* MERGEFORMAT

4-cü qrup düymələr funksional düymələrdir: F1:F12. Bu düymələr müxtəlif proqramlarda müxtəlif vəzifələr daşıyır. F1 düyməsi həmişə köməkçini açır(Help).

Monitor əks etdirmə qurğusudur. Monitorlar bir-birindən ölçüsünə görə, icazə vermə qabiliyyətinə görə fərqlənirlər. Monitorun ölçüsü dedikdə diaqonalının uzunluğu nəzərdə tutulur. Ölçü vahidi düym-dür. Ekranın icazə vermə qabiliyyətini göstərən nöqtələr Piksel adlanır. Monitorların oval və müstəvi növləri var. Ölçüləri 14”, 15”, 17”, 19”, 21”, 23”. Monitorlar qrafik və mətn rejimində işləyir. Mətn rejimində 25 sətir və 80 sütundan ibarət olur. Qrafik rejimdə ekran müəyyən sayda nöqtələrin köməyi ilə tora bürünür. Buna həm də göstəricilik qabiliyyəti deyilir. Misal üçün: 640x480, 800x600, 1024x768, 1600x1200.

Prosessor – idarəedici qurğudur. Kompüteri sürəti – prosessorun bir saniyədə apara biləcəyi elementar əməliyyatların sayıdır. Əksər hallarda kompüterin sürəti kimi kompüterin takt tezliyi qəbul edilir və (herts) hz (KHz, MHz, Ghz)lə ölçülür.

Operativ yaddaş və ya daimi yaddaşın tutumu 64, 128 , 256, 512 MB ola bilər(RAM). Müasir dövrdə OY-ın tutumunu daim artırmaq olur.

Mouse – manipulyatordur. İki düyməsi olur: sağ və sol. Sağ düymə əmr düyməsidir, sol düymə isə kontekst asılı menyuları açmaq üçündür.

Yaddaş qurğuları

Yaddaş qurğuların 3 növü vardır:

  1. Daimi (Kompüteri ilkin yükləmək üçündür)
  2. Daxili (operativ)
  3. Xarici

Xarici yaddaşın növləri: sərt disk(Hard Disk), nazik disklər(floppy), lazer diskləri(CD ROM, CD RW, DWD ROM,DWD RW), flash və s. Bunlar bir-birindən və öz aralarında tutumları ilə fərqlənir. 3–lük Nazik disklərin istehsalı artıq dayandırılıb. Daxili yaddaşda əməliyyatlar daha sürətlə gedir. Lakin kompüter söndürüldükdə məlumat itir. Xarici yaddaş məlumatı uzun müddət yadda saxlamaq, bir kompüterdə digərinə köçürtmək və süni olaraq kompüterin yaddaşını artırmaq üçündür.  Yaddaş qurğuların məntiqi adları: A:-nazik disklər, C:, D:, E:-bərk disk, E:-CD disklər.

 

Kompüterin əlavə(periferiya) qurğuları.

 

Printer – çap etmə qurğusudur. Printerlərin 3 növü vardır: Matris, axarlı, lazer.

Skaner – mətn və qrafik məlumatı kompüterə oxuyur

Modem – qlobal şəbəkəyə (İnternetə) qoşulmaq üçün istifadə olunan qurğudur.

Strimmer – böyük həcmli məlumat maqnit lentlərdə saxlamaq üçündür.

 Plotter, kolonka, kamera və s.

Müasir kompüterlər 3 yerə bölünür: super, mini, mikro.

Mikro kompüterlərin ən populyarı PC(personal kompüter) fərdi kompüterlərdir.

Fərdi kompüterlər 2 yerə ayrılır: Notebook, ??????

 

PK –lərin Böyük EHM-na nisbətən əlverişli olmağının səbəbləri:

-          İstifadəçi üçün rahat interfeysə malik olan , dialoq rejimində işləyən proqramlar (menyu, köməkçi və s.)

-          Fərdilik

-          Böyük həcmdə olan məlumatın sürətli emalı

-          Təmirin asanlığı və yüksək keyfiyyətliliyi

-          Periferiya qurğularından istifadə etmək imkanları

-          Bütün sferaları əhatə edən proqram təminatı

-          Şəbəkələrə birləşdirilmək imkanı

 

Kompüterin proqram təminatı və təsnifatı

Dünyada mövcud olan proqramlar 3 sinfə bölünür:

  1. Sistem proqramları
  2. Tətbiqi proqramlar
  3. İnstrumental proqramlar (Alqoritmik dillər).

Sistem proqramları kompüteri idarə etmək üçündür. Sistem proqramlarına daxildir:

  1. 1.      Əməliyyatlar sistemləri
  2. 2.      Örtük proqramları
  3. 3.      Arxiv proqramları
  4. 4.      Antivirus proqramları
  5. 5.      Drayverlər(xarici qurğuları birləşdirən)
  6. 6.      Utilitalar və s.

Əməliyyat sistemi kompüteri idarə edən, kompüterin qurğularını bir-birinə bağlayan, kompüterlə istifadəçi arasında əlaqə yaradan proqramlar toplusudur. Misal üçün: MS-DOS, Windows 95/98/NT/XP/2000/2003, Linux, Unix və s. Sistemə olan tələblər.

Örtük proqramları Əməliyyat sisteminin əmrlərindən rahat istifadə etmək üçün yaradılan  proqramlardır: Misal üçün: NC,Windows 3.1, Widows özü həm əməliyyat sistemidir həm də örtük proqramı.

Arxivator proqramları diskdəki faylların cəmləşdirilməsi, sıxılması və qorunması məqsədi ilə onları xüsusi arxiv qovluqlarına yığa bilən və lazım olduqda həmin qovluqları idarə edən utilit proqramlardır. Onların genişlənməsi .zip, arj, rar.

Antivirus proqramları kompüterdəki virusları təsbit edə bilən, passivləşdirən və silə bilən, eyni zamanda virusların kompüterə daxil olmasının qarşısını alan xüsusi təyinatlı utilit proqramlardır. Misal üçün: Norton Antivirus, Kaspersky AYP və s.

Kompüter virusu özü kiçik həcmli ziyanverici proqram məhsuludur. Virus proqramları Antivirus proqramlarından bir addım qabaqda gedir.

Utilitlər latınca utilitas “fayda” sözündən götürülmüş və ikinci dərəcəli sistem proqramlarını təşkil edən proqramlardır. Utilitlər əsas olaraq əməliyyat sisteminin əlavə imkanlarını həyata keçirir və ya özünə məxsus funksiyaları həyata keçirir. Utilitlər aşağıdakı qruplara bölünür:

  1. Kontrol, test və diaqnostika proqramları.
  2. Drayver proqramları
  3. Arxivator proqramları
  4. Antivirus proqramları
  5. CD və ya DVD yazıcı proqramları

 

Tətbiqi proqramlar və onların təsnifatı

Hər hansı sahədə tətbiq olunan, rahat interfeysə malik olan, dialoq rejimində işləyən hazır proqram məhsuludur. Tətbiqi proqramların növləri:

  1. Mətn redaktorları: MsWord? WordPad, Notepad və s.
  2. Elektron cədvəlləri: Sheet, Super Calk, Ms Excel, Lotus və s.
  3. Qrafik proqramlar: Paint, Power Point, Corel Draw, Photo Shop 3Dstidio MAX və s.
  4. Nəşriyyat işləri
  5. Verilənlər bazasını idarə edən sistemlər: Fox Pro, Ms Access və s.
  6. Prezentasiyaların təqdimatlar) yaradılması üçün Power Point
  7. Mühasibat işləri
  8. SAPR (layihələşdirilmənin avtomatlaşdırılması) Auto Cad
  9. Statistik analiz üçün istifadə olunan proqramlar
  10. PC oyunları, öyrədici proqramlar, şəkil və animasiya
  11. Şəbəkələri idarə etmək üçün istifadə olunan proqramlar

 

Alqoritmik dillər

Alqoritmik dillər və ya instrumental proqramlar yuxarıda göstərdiyimiz sinif proqramlarını yaratmaq üçün alətdir. Misal üçün: Turbo Pascal, Java, Delphi, C++ və s.

 

Windows əməliyyat sistemi.

 

Windows əməliyyat sisteminin müqayisəli təsnifatı

Windows-un obyektləri 3 qrupa bölünür:

  1. Əsas obyektlər-qovluqlar, proqramlar, sənədlər
  2. Shortcut (yarlık, qısa yol)
  3. Xüsusi obyektlər: işçi stolu(desktop), məsələlər paneli(task bar), Start düyməsi, My computer və s.

Məsələlər panelində Start düyməsini vurduqda Windows-un baş meyusu açılır.

 

Bəzi əmrlərdən sonra  işarəsi göstərir ki, açılan siyahı vardır. işarəsi isə bildirir ki, bu əmrin yerinə yetirilməsi üçün əlavə məlumat verilməlidir. Əmrin sonunda heç bir işarə yoxdursa əmr bir başa yetirilir.

Fayl sistemi

Kompüter fayl sistemi yaddaşda hər növ informasiyanın yerləşdirmə qaydalarını müəyyən edən bir strukturdur. Müasir əməliyyat sistemlərində 2 növ fayl strukturu istifadə olunur: FAT32, NTFS. FAT32 fayl sistemi 32 bit informasiya mübadiləsinə imkan yaradır və sürət baxımından daha sürətlidir. NTFS sistemi isə WindowsNT sistemində istifadə olunur. Daha etibarlı və daha sabitdir.

Məlumatın saxlandığı yerə və yaxud diskin adlandırılmış oblastına fayl deyilir. Başqa sözlə, xarici yaddaşda yerləşən və müəyyən məntiqi strukturu olan verilənlər fayl adlanır. Fayl hər hansı proqramlaşdırma dilində yazılmış proqram, istənilən məzmunlu mətn, emal üçün nəzərdə tutulmuş ədədi dəyişənlər ola bilər. Fayl ingilis sözü olub “sənəd” deməkdir. Hər bir sənəd kimi faylın öz adı var və kompüter onu bu adla axtarır. Faylın adı iki hissədən ibarətdir: əsas hissə və genişlənmə. Faylın genişlənməsi 3 simvoldan çox ola bilməz. Ad və genişlənmə arasında nöqtə qoyulur. Genişlənmə faylın  tipini göstərir. Misal üçün:

Readme.exe

 

Ad                 genişlənmə

Windows-da genişlənmə faylın adı qarşısında xüsusi nişanla göstərilir.

Fayl növləri: Kompüter faylları yaradıldığı və istifadə olunduğu proqramlardan asılı olaraq aşağıdakı kateqoriyalara ayırmaq olar:

-          Sistem faylları – Əməliyyat sisteminin və istifadə elədiyi daxili fayllardır. Genişlənmələri-.sys, :ini, :dll, :com və s.

-          Proqram faylları – Proqramları işlətmək üçün lazım olan daxili fayllardıi. Genişlənmələri: :exe, :bat

-          Sənədlər – mətn, şəkil, təqdimat(prezentasiya), elektron cədvəlləri, musiqi, video, və digər fayllardan ibarətdir. Genişlənmələri – :doc, :bmp, :jpg, :xls, :ppt, :wav, :wm2, :mp3, :mid, :gif, :swf və s.

 

Faylın adı

Genişlənmə

Nişan

açıqlanması

ss

doc

 

Ms Word

ss

xls

 

Ms Excel

ss

ppt

      

Ms Power Point

ss

bmp

 

Paint

ss

Jpg

 

Paint

ss

Exe,

 

İcra olunan

ss

com

 

İcra olunan

ss

Sys

 

Sistem

Ss

Txt, rtf

 

WordPad

ss

Wav, Mp3

 

musiqi

ss

Mpg

 

video

ss

qif

 

animasiya

 

 

Fayl struktur növləri:

Qovluq-faylların virtual olaraq qruplaşdırılması üçün və iyerarxik üsulunun yaradılması üçün istifadə olunan quruluş növüdür. Başqa sözlə qovluq faylların saxlandığı yerdir. Qovluğun atributları: gizli, sistem, arxiv, read onlu. Qovluqların içində yaradılan qovluq alt qovluq adlanır.

Sənəd – kompüter istifadəçiləri tərəfindən yaradılmış, adətən tətbiqi proqramlarla birlikdə istifadə olunan fayllardır.

Qısa yol (Şortcut, yarlık) – Özündə ancaq fayla(qovluğa) olan yol (faylın ünvanı) haqında məlumatı saxlayan fayldır. Qısa yol ancaq aid olduğu fayl strukturunun açılması üçün istifadə olunur.

Ünvan – (yol, Path(adress)) – kompüter yaddaşında yeri haqında məlumat verın struktur quruluşudur. Məs:C:\Document and Settings\My Dokuments\qr233\cv.doc

Ünvan göstərmə qaydaları:

  1. Əsas kataloq(root) ilk olaraq göstərilir və :\işarəsi yazılır. Latın hərfindən  sonra “:” işarəsi diski göstərir.
  2. “root”-dan sonra iç-içə ən üstdəkindən başlayaraq ən alt qovluğa qədər “\” işarəsi ilə ayrılan qovluqlar yazılır.
  3. Ən sonda faylın adı və genişlənməsi göstərilir.

İstifadə mövqeyi nəzərindən Windows – da proqramlar 3 yerə bölünür:

 

  1. Daxili proqramlar
  2. Xarici proqramlar
  3. MS DOS əməliyyat sisteminin proqramları

Daxili proqramlar Windows-la birgə kompüterə yüklənən proqramlardır: Paint, Word Pad və s.

Xarici proqramlar bu və ya digər yolla əlavə edilən və yalnız Windows-un tərkibində  işləyə bilən proqramlardır.

MS DOS-un proqramları isə Windows-a qədər mövcud olan sistem proqramlarıdır.

Xarici proqramları kompüterə müəyyən etmək üçün Setup.exe, install.exe və ya .exe genişlənməsi olan fayllara müraciət edib verilən suallara cavab verməklə proqramı kompüterə yükləmək olur. Xarici proqramları ləğv etmək üçün xüsusi menyuya müraciət olunur.

Obyektlərlə işlər.

  

Obyektlərin seçilməsi

-          Bir obyektin seçilməsi

-          Bir neçə qonşu olmayan obyektin seçilməsi(Ctrl düyməsinin köməyi ilə)

-          Qonşu obyektlərin seçilməsi (Shift düyməsinin köməyi ilə)

-          Bütün obyektlərin seçilməsi

Obyektin yerinin dəyişdirilməsi

-          Bufer vasitəsi ilə

-          Mausun sol düyməsi ilə

 

Obyektləri ləğv etmək üçün bir neçə üsul var: Klaviaturada Delete düyməsi ilə, kontekst asılı menyu ilə və daşıyıb korzinaya atmaqla. Həmçinin obyektləri kopzinaya göndərmədən bir başa ləğv etmək olar. Bunun üçün klaviaturada Shift+Del düymələrini birgə işlətmək lazımdır.

 

Menyular  Müəyyən əməliyyatı yerinə yetirmək üçün kompüterin verdiyi təkliflər sihahısıdır. Winows-da 4 cür menyu var:

  1.  İdarəedici menyu (Baş menyular)
  2. Vertikal menyu (alt menyu)
  3. Sistem menyusu
  4. Kontekst asılı menyu

Pəncərələr.  Winows-da bütün əməliyyatlar pəncərələrdə həyata keçirilir. Ona görə proqram Winows adlanıe. 4 cür pəncərə var:

  1. Qovluqlar pəncərəsi
  2. Proqram pəncərəsi
  3. Sənədlər pəncərəsi
  4. Dialoq pəncərəsi

Windows-da tənzimləmələr

İstifadəçinin zövqünə müvafiq olaraq Windows-da bir sıra tənzimləmələr etmək mümkündür.

Ekranın tənzimlənməsi. Bunun üçün Control Panel-də ekranın xüsusi pəncərəsini açmaq lazımdır. İşçi stolunun üzərindəki şəklin təyin edilməsi üçün menyunu açıb istənilən şəkli seçmək təklif olan variantları seçmək kifayətdir. Ekranı müdafiə edən proqramlar Screen Saver adlanır. Bu proqramlardan kompüterdə işləyən zaman məcburi fasilələrdə istifadə olunur.

Klaviaturanın tənzimlənməsi. Mətn yazarkən məsələlər panelində dil indikatoru ilə lazımı dili təyin etmək olar. Hansı dildə mətn yazmağı klaviatura vasitəsilə də təyin etmək olar. Bir dildən digərinə keçidi Ctrl+Shift və ya Alt+Shift düymələrin kombinasiyasına bağlamaq olar.

Bundan əlavə, mouse-nin tənzimlənməsi, düzgün vaxtın təyin edilməsi, lazımi ölkənin milli atributlarının müəyyən edilməsi yəni pul vahidini və zamanın göstərilmə formalarını, ədədlərin yazılma qaydalarını, müxtəlif yazı şriftlərinin təyin olunması və bir sıra sistem tənzimləmələri.

Tətbiqi Proqramların icra edilməsi üsulları.

Tətbiqi proqramları bir neçə üsullarla icra etmək mümkündür:

  1. Baş menyuya daxil edib icra etmək.
  2. Diskdə mövcud olan, lakin baş menyuya daxil olmayan proqramları Windows Explorer və ya My Computer vasitəsilə icra etmək olar. Bu halda proqramın tam ünvanını bilmək lazımdır.
  3. Windows-un baş menyusunda Run əmrindən istifadə edərək tətbiqi proqramın icraedici faylının ünvanını düzgün göstərərək proqramı icra etmək mümkündür.
  4. Mühüm proqramı bir başa icra etmək üçün İşçi stolunda “qısa yol” (yarlık) yaradılır.
  5. Proqramda yaradılmış sənədi yükləməklə.

 

 

Microsoft Word proqramı haqında

 

Microsoft Word tətbiqi proqramlar sinfinə daxildir. Microsoft Word mətn redaktorudur. Vəzifəsi: mətni daxil etmək, redaktə etmək, formatlamaq və s.

Microsoft Word proqramının pəncərə elementləri.

Microsoft Word proqramının 3 pəncərəsi var:

  1. Proqram pəncərəsi
  2. Sənəd pəncərəsi
  3. Dialoq pəncərəsi

 

Proqram pəncərəsinin sol yuxarı küncündə başlıq sətri yerləşir. Başlıq sətrinə daxildir: proqramın adı, cari faylın adı və proqramda yaradılan faylın genişlənməsini əvəz edən nişan.  Nişanın üzərində mausun sol və ya sağ düyməsini vursaq proqram pəncərəsinin sistem menyusu açılır. Sistem menyusunda 6 əmr var: 1-bərpa etmək (Restore), 2-yerini dəyişmək(Move), 3-ölçüsünü dəyişmək(Size), 4-bükmək(Minimize), tam ekran ölçüsündə açmaq(Maximize), 6-bağlamaq(Close).

Proqram pəncərəsinin sağ yuxarı küncündə ekranı idarə edən, sistem menyusunun 4 funksiyasını yerinə yetirən 3 düymə yerləşir.  

- bükmək(Minimize)

- tam ekran ölçüsündə açmaq(Maximize)

- bağlamaq(Close)

- ölçüsünü dəyişmək(Size)

Başlıq sətrinin altında baş (horizontal) menyu yerləşir.  Baş menyunun hər bir kateqoriyasının açılan alt (vertikal) menyusu vardır. Misal üçün  kateqoriyasının vertikal menyu hissəsi: . Baş menyunun altında Standart panel yerləşir. Standart paneldəki nişanlar baş menyunun tez-tez istifadə olunan əmrləri əvəz edir. Standart paneldəki

Standart paneldəki əmrlər natamam olur, baş menyuda isə daha dolğundur. Standart paneldəki nişanlar yığımı şərtidir, yəni lazım olmayan nişanları yığışdırmaq və yeni nişanlar əlavə etmək mümkündür. Bu əməliyyatı / əmri vasitəsilə etmək mümkündür. Standart panelin altında Formatlaşdırma paneli yerləşir.

Formatlaşdırma 2 cür olur: simvolların və abzasların.

Simvolların formatlanmasına daxildir: Yazı şriftləri, yazı stilləri, simvolların ölçüsü, rəngi, simvollar arasında məsafə, simvolu sətirdə mövqeyi, müxtəlif effektlər və s. Simvolları / əmri vasitəsi ilə formatlayırlar.

Abzasların formatlanmasına daxildir: Sağ və sol məsafələr, abzasın ölçüsünün təyini, abzaslar və sətirlər arasında məsafə, mətnin səhifədə vəziyyəti və s. Abzasları / əmri vasitəsi ilə formatlayırlar.

Formatlaşdırma panelinin altında xətkeş yerləşir. Xətkeşin köməkliyi ilə abzasların formatlanmasının bir hissəsini etmək mümkündür. Xətkeş üzərində qara zolaqlar mətn düşməyən hissəni (kolontitulu) göstərir. Kolontitulun ölçüləri

  / əmri vasitəsi ilə təyin olunur. Kolontitullarda, əsasən, səhifələrin nömrələri olur. Bəzi hallarda müəllifin adı və ya onun oxucuya tövsiyəsi salınır.  Qalan sahə işçi sahə adlanır. İşçi sahədə mətn yazılır. Mətnin haradan başlanacağını göstərən şaquli xətt kursor adlanır. İşçi sahənin sağında və aşağısında fırladıcı zolaq yerləşir. Fırladıcı zolaq nə vaxt əmələ gəlir? Məlumat ona ayrılan sahədə yerləşmədikdə fırladıcı zolaq əmələ gəlir.  Fırladıcı zolaq üzərində olan dairə onun üstündə və altında olan düymələrin hansı parametrə görə keçidi təyin edir. O nişanlar qara rəngdə olanda mətni səhifələrə görə vərəqləmək olur. Mavi rəngdə olanda isə başqa parametrlərə görə keçidi təmin edir. Misal üçün, qeydlərə görə, başlıqlara görə və s. İşçi sahənin altında adətən şəkil paneli olur.

Ən altda vəziyyət sətri yerləşir. Vəziyyət sətrində mətnin neçə səhifədən ibarət olduğu və kursorun yerləşdiyi səhifənin nömrəsini görmək olur.  Vəziyyət sətrində  OVR iki vəziyyət alır. Aktiv və passiv. Mətnə simvolu əlavə etmək istəyəndə passiv, əvəz edəndə aktiv olur (İnsert düyməsi).

 

Word proqramında əmrlərin qısa xülasəsi.

 

Faylın yaradılması, açılması, yaddaşa salınması və s. ilə bağlı əmrlər File kateqoriyasındadır. Faylda redaktə etmək üçün Edit kateqoriyasından istifadə edilir. Proqram pəncərəsinin görünüşünün tərtibatı üçün əmrlər View kateqoriyasındadır. İnsert(daxil etmək)  kateqoriyasındakı əmrlərdən sənədə şəkil, zaman, mündəricat və s. daxil etmək üçün istifadə edilir. Simvol və abzasların formatlanması və digər formatlanma əmrləri Format menyusundadır. Servis xidmətləri Tools kateqoriyasındadır. Avtomatik cədvəl çəkmək və formatlamaq üçün Table kateqoriyasından istifadə edilir. Help kateqoriyasında köməkçini çağırmaq əmrləri yerləşir.

 

Power Point proqramı. Prezentasiyalar.

 

Prezentasiya - (ingilis sözündə götürülüb “presentation”- təqdimetmə deməkdir) – müəyyən mövzuya aid olan rəngli şəkil-slayd toplusudur.  Power Point proqramı tətbiqi proqramlar sinfinə daildir. Prezentasiyaların, öyrədici slaydlar, dəvətnamələr və s. yaradılması üçün istifadə edilir. Bu proqramda yaradılan faylların genişlənməsi .ppt-dir. Genişlənməni əvəz edən nişan -  Word proqramından fərqli olaraq Power Point proqramında işləyən adam xüsusi yaradıcılıq qabiliyyətinə və bədii zövqə malik olmalıdır. Power Point proqramında yaradılan faylları – rəngli şəkillər, səslər, animasiya müşayiət edir. Yaradılan slaydlara kompüterin ekranında baxmaq üçün xüsusi əmrlərdən, geniş auditoriyada baxmaq üçün isə xüsusi proyektorlardan istifadə edilir. Power Point proqramında yeni fayl yaratdıqda açılan dialoq pəncərəsində slaydın müxtəlif növləri (maketləri) təklif olunur. Lazımi maketi seçmək lazımdır. Maket seçildikdən sonra lazımi atributlar (şəkil, mətn, başlıq) daxil edilir. Slayd hazır olandan sonra dizayn işləri aparılır. Yəni mətnin formatlanması, slaydın fon rənginin təyin edilməsi, istifadə olunan şəkillərin ölçüsünü dəyişdirmək, sayını çoxaltmaq, animasiya effektləri vermək, və s. Power Point proqramında yaradılan sənədə 4 rejimdə baxmaq olur:

  1. Slayd rejimində
  2. struktur rejimində
  3. Slaydların toplantısı (sort) rejimində
  4. qeydlər səhifəsi rejimində

Hər rejimin özünün düyməsi var və onlar ekranın sağ aşağı tərəfində yerləşir. Bundan əlavə həmin əmrlər baş menyunun View kateqoriyasına daxildir. Başqa proqramlarda olduğu kimi slaydların üzərində standart əməliyyatlar aparmaq mümkündür: Slayddan slayda keçmək, slaydı pozmaq, yeni slayd açmaq və s.

Avtokorreksiya

Ms Office  proqramlarında mətn yığan zaman qrammatik, orfoqrafik səhvlər avtomatik səhvlər avtomatik olaraq yoxlanılır. Düzgün yazılmayan sözlərin altından dalğavarı qırmızı xətt çəkilir. Səhvləri düzəltmək üçün 2 üsul vardır:

  1. Əl üsulu: səhv yazılan sözün üstündən mausun sağ düyməsini basıb, açılan siyahıda düzgün variantı seçmək lazımdır
  2. Avtomatik üsulla: Baş menyuda Tools kateqoriyasından Spelling and Grammar əmrindən istifadə olunur

Səhvlərin yoxlanma dilini  Tools/Language əmrindən təyin edilir. Mətn yazan zaman səhvlərin yoxlanıb yoxlanmaması Tools/Option əmrindən təyin olunur.

 

 

 

İnternet nədir?

Müxtəlif kompüterlərin əlaqə kanalları vasitəsilə birləşdirilməsi onların imkanları qat-qat artır. Bu cür birləşmə kompüter şəbəkəsi adlanır.  Kompüter şəbəkələri 3 qrupa ayrılır:

  1. Lokal şəbəkə
  2. Regional şəbəkə
  3. Qlobal Şəbəkə

Bir müəssisədə və onun yaxınlığındakı binalarda olan kompüterlərin birgə işləməsi lokal şəbəkə təşkil edir. Bir regionda birgə işləyən kompüterlər regional şəbəkə təşkil edir. Bütün dünya kompüterlərin birgə işləməsi qlobal şəbəkə təşkil edir.

Buna misal - İnternet

İnternet – WWW- ümumdünya hörümçək toru

İnternetdən məlumat almaq və məlumat mübadiləsi üçün istifadə edilir.

Səhifə-konkret

Sayt –

Server – kompüter

Provayder – İnternet təminatçısı

İnternet səhifələrinin ünvanları (URL)

http://WWW.datafor.net – (http-Hype Text Transfer Protocol-hipertextlərin ötürülmə protokolları)

WWW.prowiders.ru – İnternetdə qeyd olunmuş domen adı. Domenlər müxtəlif səviyyəli olur. Ən yüksək səviyyə onun hansı ölkəyə aidliyini göstərir. .ru zonasına daxil olan saytlar 2-ci səviyyəlidir. 3-cü səviyyəli domen də 2-ci səviyyəli domenə daxil olur. Misal üçün: www.sandra_cretv.narod.ru

1-ci səviyyəli domenlər coğrafi mənsubiyyəti və ya müəssisənin tipini göstərir.

Ch-Çin, fr-Fransa, de-Almaniya, Jp-Yaponiya, ru-Rusiya, az-Azərbaycan, tw-Tayvan, ua-Ukayna, uk-Böyük Britaniya, tr-Türkiyə

Gov-hükumət təşkilatları, com- ixtiyari kommersiya təşkilatı, net-şəbəkə xidmətlərinə aid təşkilat və s. (nato, name, shop, edu)

İnternet Explorer brauzerləri

Brauzerlər www səhifələrinə baxış təmin edən proqram idi . İndi onun imkanları artıb və demək olar ki, bir azdan Windows-un tərkibində ƏS-nə çevriləcək.

Brauser Internet Explorer

Outlook Express – poçt və yeniliklərlə işləmək üçün proqram

Net Meeting – telefon şəbəkə əlaqəsi

Microsoft Chat – mətn rejimində söhbət

Microsoft Messenger – sürətli məlumat mübadiləsi (telefon, mikrofon)

Dəftərdə son səhifələr???????

 

 

 

 

 

 

 

 

 

Front Page  proqramına giriş

 

İnternetdə Web səhifələrinin və Web düyünlərinin işlənməsi üçün istifadə olunur. Bu proqramın imkanları çox geniş bir sahəni əhatə edir. Web səhifələrinin yaradılıb redaktə edilməsi üçün bütün imkanları bilən mütəxəssis tapmaq çətindir. Web səhifələrinin redaktə olunması, düyünlərin idarə olunması, Web düyünlərinin yaradılmasında Front Page proqramının digər Office proqramlarına inteqrasiya edilməsi kimi müxtəlif məsələlərdə müxtəlif mütəxəssislər işləyir. Aşağıdakı məsələlərə baxaq:

  1. Web səhifələrinin yaradılması
  2. Web düyünlərinin yaradılması və idarə olunması
  3. Ssenarilərin işlənməsi və Web səhifələrinin dinamik dəyişdirilməsi
  4. Proyekt üzərində müxtəlif qrupların birgə işləməsi
  5. Front Page proqramının Office XP proqramları ilə birgə işlənməsi
  6. Front Page və Web – severlər
  7. Web səhifələrinə şəkil əlavə olunması

Web səhifələrinin redaktə olunması üçün Front Page proqramında çoxlu vasitələr var:

-          HTML formatında baza sənədlərinin yaradılması

-          Sənədlərə cədvəllər, çərçivələr, multimediya elementlərini daxil etmək

-          Verilənlər bazasına daxil olmaq. Java Script ssenarilərini yazmaq

-          Web səhifələrinə Word, Power Point, Excel, Access proqramlarından komponentlər daxil etmək

Office proqramlarını dizayn alətlərinə aid etmək olar.

 

Bəsdir,,,????????7

 

 

 

MS EXCEL ELEKTRON CƏDVƏLİ

 

  1. 1.      MS EXCEL riyazi, iqtisadi, ictimai, fiziki və s. məsələlərin həlli üçün istifadə olunan Microsoft proqramlar paketinə daxil olan proqramlar toplusudur.

Excel proqramında ilkin verilənlər cədvəl şəklində olmalıdır. Təcrübədə rast gələn məsələlərin sonlu sayda ilkin elementləri ola bilər. Misal üçün:

  1. Verilənlərin sayı 1 elementdən ibarət olan məsələ. Bu məsələnin verilənlərini bir elementdən ibarət olan cədvəl kimi təsvir etmək olar
  2. Verilənlərin sayı bir neçə dənə olur. Bu halda onları bir sətirdə yerləşdirmək mümkündür. Belə məsələnin verilənləri xətti cədvəl təşkil edir.
  3. Verilənlər düzbucaqlı cədvəl və ya matris şəklində verilir.

Excel proqramında cədvəl elementləri:

Sətir, sütun, cədvəl, sətir və sütunun kəsişməsi-oyuq.

  1. 2.      MS OFFİCE proqramlar kompleksinə daxil olan proqramlar

 

  1. WORD - mətn redaktoru
  2. EXCEL - elektron cədvəli
  3. POWER POINT – prezentasiyaların(təqdimatların) yaradılması
  4. ACCESS - verilənlər bazasını idarə edən sistem
  5. OUTLOOK – Xarici dünya ilə əlaqə yaratmağa imkan verən proqram kompleksi

 

  1. 3.      EXCEL proqram pəncərəsinin elementləri

Proqram pəncərəsinin sol yuxarı küncündə başlıq sətri yerləşir. Başlıq sətrinə proqramın adı, Cari faylın adı və Excel proqramında yaradılan faylın genişlənməsini əvəz edən nişan yerləşir.

 

 

 

 

 

 

 

 

EXCEL-də işə başlayan kimi boş cədvəli yaddaşa yazmaq lazımdır. Bunun üçün ünvan təyin edib məsələyə (fayla, kitaba) unikal ad vermək lazımdır. Sonrakı iş prosesində müəyyən vaxt intervalı ilə avtomatik yaddaşa yazılma əməliyyatı aparılacaq. Bunu etməklə məlumatın itmə təhlükəsini aradan qaldırılmasını təmin etmiş olursunuz. (misal üçün iş prosesində işıq sönə bilər və yaddaşa yazılmayan məlumat itir)

 nişanı (piktoqramı) üzərində mausun sol düyməsini vurduqda proqramın sistem menyusu açılır. Sistem menyusunun 6 əmri var:

 

 

 

 

 

 

1)      Proqram pəncərəsinin ölçüsünü bərpa etmək

2)      Proqram pəncərəsinin yerini dəyişmək

3)      Proqram pəncərəsinin ölçüsünü dəyişmək

4)      Proqram pəncərəsini bükmək

5)      Proqram pəncərəsinin ölçüsünü maksimuma çatdırmaq

6)       Proqram pəncərəsini bağlamaq

Proqram pəncərəsinin sağ yuxarı küncündə ekranı idarə edən və sistem menyusunun 4 əmrini yerinə yetirən 3 düymə yerləşir.   

1)       - bükmək

2)       - böyütmək

3)       - bərpa etmək

4)       - bağlamaq. Məsələ məsələlər panelindən götürülür.

Birinci düymə bükmək əmrini yerinə yetirir və məsələni qeyri-aktiv edərək məsələlər panelində “piktoqram” şəklində “gizlədir”. Məsələni aktivləşdirmək üçün piktoqram üzərində mausun sol düyməsini vurmaq kifayətdir. Hal-hazırda işlənən proqram aktiv proqram adlanır.

Başlıq sətrinin altında Baş menyu və ya horizontal menyu yerləşir.

 

Bu menyuda MS Office üçün vacib kateqoriyalar yerləşir. ( , , , ). Onların arasında Excel üçün spesifik olan əmrlər daxil olan kateqoriyalar yerləşir. ( , , , , ).

Baş menyunun hər bir kateqoriyasının açılan alt (vertikal) menyusu vardır. Misal üçün  kateqoriyasının açılan alt menyusunun bir hissəsi:  

Baş menyunun altında Standart panel və ya alətlər paneli yerləşir:

 

Standart paneldəki nişanlar(piktoqramlar)  baş menyunun tez-tez istifadə olunan əmrlərini əvəz edir. Və ya baş menyunun tez-tez istifadə olunan əmrləri nişan (piktoqram) şəklində standart panelə çıxarılmışdır. Şəkildə göründüyü kimi alt menyuda uyğun əmrlərin qarşısında standart paneldəki piktoqramlar yerləşir. Standart paneldəki əmrlər natamamdır, tam mənada imkanlar baş menyuda yerləşir. Standart paneldəki nişanlar yığımı şərtidir, yəni istifadəçinin istəyindən asılı olaraq lazımi əmrlərin nişanlarını standart panelə əlavə etmək, lazım olmayanları isə standart paneldən çıxarmaq olar. Bundan əlavə, nişanların görünüşünü, rəngini hətta şəklini dəyişmək olar. ( / əmrinin köməyi ilə)

Standart panelin altında Formatlaşdırma paneli yerləşir:

 

Formatlaşdırma nədir? Formatlaşdırma sənəddəki mətnin görünüşünün yaxşılandırılmasıdır. Formatlaşdırma iki cür olur: simvolların və abzasların. Simvolların formatlanmasına daxildir: yazı şriftləri, yazı stilləri, simvolların ölçüsü, rəngi, simvollar arasında məsafələr, effektlər, yazı istiqamətləri və s. Abzasların formatlanmasına daxildir: sağ və sol məsafələr, abzasın ölçüsü, abzaslar və sətirlər arasında məsafələr, yazının səhifədə (oyuqda) vəziyyəti və s.

Formatlaşdırma panelinin altında Düstur sətri yerləşir:

 

Bu sətirdə seçilmiş oyuğun ünvanı və oyuğun tərkibi göstərilir.

Excel proqramında 5-ci sətirdən aşağı işçi sahə adlanır.  Latın hərfləri ilə adlandırılmış sütunlardan və nömrələnmiş sətirlərdən ibarətdir. Sətir və sütunların kəsişməsi oyuq adlanır.

Aşağıdakı şəkildə işçi sahənin fraqmenti göstərilib:

 

İşçi sahə fraqmenti.

İşçi sahənin altında səhifələrə müraciət yerləşir. Exceldə yaradılan sənəd Book (kitab) adlanır. Müxtəlif kitablarda fərqli sayda səhifələr ola bilər. Bir kitabda səhifələrin sayını artırıb azaltmaq olar. Səhifələri adlandırmaq olar.

 

 

Müraciət sətrində səhifələrin nömrələri və ya adları yerləşir. Mausun sol düyməsi ilə lazımi səhifəyə keçid təyin olunur. Mausun sağ düyməsini səhifənin adı üzərində vurmaqla onun kontekst asılı menyusunu açmaq olar. Bu menyudan görünür ki, səhifələrin adlarını dəyişmək, səhifəni silmək, səhifənin yerini dəyişmək, kopyalamaq olur.

 

 

Səhifələrin adlarını dəyişdikdən sonra pəncərə fraqmenti aşağıdakı şəkildə göstərilib.   

Bu sətirdən aşağıda çox zaman rəsm alətləri yerləşir.

 

Ən aşağıda Excel-in vəziyyət sətri yerləşir.

Oyuğun ünvan anlayışı.

Excel proqramında işçi sahənin hər bir oyuğunun ünvanı və yaxud koordinatları var. Ünvana sütunun adı-birinci koordinat və sətrin nömrəsi-ikinci koordinat daxildir. Misal üçün, A7, B5, C25 və s. Sütunlar A-dan Z-ə qədər baş latın hərfləri və ya AA-dan İV-yə qədər ikili hərflərlə  işarə olunur.  Sonuncu sütunu açmaq üçün eyni zamanda Ctrl+­­è(klaviaturada sağa baxan ox işarəsi) düymələrini birgə vurmaq lazımdır. Aşağıdakı şəkildə sonuncu sütunun şəkli göstərilir.

 

Birinci sütuna qayıtmaq üçün eyni zamanda Ctrl+­­ç(klaviaturada sola baxan ox işarəsi) düymələrini birgə vurmaq lazımdır.

Sətirlər 1-dən 65536-ya qədər natural rəqəmlərlə nişanlanır. Sonuncu sətrə keçmək üçün eyni zamanda klaviaturada Ctrl+ aşağı baxan ox düymələrini vurmaq lazımdır. Şəkildə sonuncu sətrin nömrəsi göstərilir.

 

Birinci sətrə qayıtmaq üçün klaviaturada Ctrl+ yuxarı baxan ox düymələrini birgə vurmaq lazımdır.

Hər bir oyuqda rəqəm, mətn və düstur yerləşdirmək olur. Oyuğa yerləşdirmək üçün oyuğu seçib, sonra lazımi məlumatı daxil edib Enter düyməsini vurmaq lazımdır. Ədədlər oyuqda sağ tərəfə görə, mətnlər sol tərəfə görə düzülür. Şəkildə daxil edilən ədədin və mətnin oyuqdakı vəziyyəti  göstərilib.

 

Excel proqramında 2 iş rejimi var: adi və düstur rejimləri.

Düstur rejiminə keçmək üçün seçilmiş oyuqda “=” işarəsi yazılır. “=” işarəsindən sonra lazımi düstur yerləşdirilir.  “=” Düsturlarda, əsas hallarda, rəqəmlərin özləri deyil yerləşdikləri oyuqların ünvanları göstərilir(yazılır). Misal üçün, kvadrat tənliyinin diskriminantının hesablanması düsturu d=b2-4ac aşağıdakı kimi yazılır:

 

Diskriminantın hesablanması üçün düsturu yazma üsullarını araşdıraq.

1-ci üsul: Düsturu adi qayda ilə yazmaq. Bu halda əl ilə yazılır. düsturda iştirak edən verilənlərin yerləşdiyi oyuqların ünvanları

2- ci üsul:  Düsturda iştirak edən verilənlərin yerləşdiyi oyuqların ünvanları mausun köməkliyi ilə daxil edilir. Bu üsulu təfsilatı ilə təsvir edək.

1)    Diskriminantı hesablamaq üçün işçi sahənin E4 oyuğu seçilir

2)    E4 oyuğuna ilk növbədə “=” işarəsi daxil edilir.

3)    Sonra mausun b əmsalının yerləşdiyi C4 oyuğunun üstündə vururuq. Düsturda “=” işarəsindən sonra b əmsalını ünvanı C4 yazılır.

4)    Vurma işarəsi (*) yazılandan sonra mausla yenidən b əmsalının ünvanı olan C4 oyuğunda vurulur. Beləliklə, b2-nı aldıq.

5)    “-“ işarəsini klaviaturadan yazılır. Sonra 4 rəqəmi və “*”(vurma) işarəsi qoyulur.

6)    A əmsalının ünvanı B4 oyuğunun üzərində mausu vurmaqla ünvan düstura yazılır, “*”(vurma) işarəsindən sonra “C” əmsalının ünvanı “D4” oyuğunun üzərində vururuq.

7)    Düsturu yazdıqdan sonra Enter düyməsi vurulur.

E4 oyuğunda düsturu yazarkən düstur sətrində onu görmək olur. (şəklə bax)

Nisbi və mütləq ünvanlar.

Mütləq və nisbi ünvan Excel proqramında hesablamalar aparmaq üçün ən vacib anlayışlardır. Onları bilmədən Excel-dən praktiki olaraq səmərəli istifadə etmək mümkün deyil.

Nisbi ünvanlar. Hesablama prosesində dəyişə bilən ünvanlardır. Onlarda dəyişən məlumat yazılır. Misal üçün A5, B4, C15  və s.Sabit olmayan məlumatı saxlamaq üçün nisbi ünvanlardan istifadə olunur.

Mütləq ünvanlar. Özündə sabit məlumat saxlayan ünvanlardır. Yəni həll olunan məsələdə bütün hesablama prosesində sabit qalan məlumat. Hesablama cədvəlinin müxtəlif ünvanlarından mütləq ünvana müraciət olunur. Mütləq ünvanı nişanlamaq üçün $ işarəsindən istifadə olunur. Mütləq ünvan 2 cür olur:

1)      $ işarəsi ilə ancaq sütunu qeyd etmək olur (fiksə etmək). Misal üçün $A10. Bu halda sütun dəyişməz qalır, sətir isə dəyişir.

2)      $ işarəsi ilə sətri qeyd etmək olar. Misal üçün, A$10. Bu halda məlumat eyni sətirdən, lakin müxtəlif sütunlardan götürülə bilər.

3)      $ işarəsi ilə həm sətri həm də sütunu qeyd etmək olar Misal üçün $A$10. Bu halda məlumat həmişə 1 oyuqdan götürülür. Başqa sözlə desək bu oyuqdakı məlumat bütün hesablamalarda sabit olur.

Excel proqramı haqqında əsas anlayışlardan sonra praktiki tapşırıqlar.

1)      Excel proqramının yüklənməsi

2)      Cədvəlin müxtəlif oyuqlarını seçmək. Cədvəl üzrə hərəkət.

3)      Oyuğa mətn daxil etmək. Seçilən oyuğa ad daxil etmək. Məlumatı daxil etdikdən sonra onun bitdiyini qeyd etmək. Başqa sözlə, məlumatı qəbul etdirmək lazımdır. Bunu bir neçə üsulla etmək olar:

a)     Klaviaturadan Enter düyməsi vasitəsi ilə

b)     Mausla başqa bir oyuğun üzərində vurmaqla

c)     Klaviaturada                   düymələrdə istifadə etməklə

d)    Ünvan sətrində    nişanı üzərində vurmaqla

Qeyd. Bütün sütunu seçmək üçün o sütunun adı üzərində, sətri seçmək üçün sətrin nömrəsi üzərində mausun sol düyməsini vurun.

Ad yazılan oyuğa adın pozulmaması şərti ilə soyadı daxil etməli. Nə baş verdi? Ad soyadla əvəz olundu. Necə etmək olar ki, məlumatı oyuğa ya əlavə edək və ya düzəlişlər edək. Oyuğa daxil edilən məlumat düstur sətrində redaktə edilir. Deməli düstur sətri imkan verir:

-          seçilən oyuqda dəyişikliklər aparmaq

-          oyuqda natamam görünən məlumatı tam görmək.

Cədvəlin bir çox imkanları var:  Sətir və sütunların ölçüsünü dəyişmək, sətir və sütun əlavə etmək, sətir və sütunları pozmaq, cədvəli formatlamaq və s. Bundan əlavə bir çox məsələlərdə funksiyalardan istifadə etmək, diaqramlar qurmaq, cədvəllərdə filtrasiya etmək, məlumatın daxil edilmə prosesində yoxlama aparmaq və s.

Hesablamadan sonra oyuqda  yaranırsa, o deməkdir ki, hesablama nəticəsində alınan ədəd oyuqda yerləşmir. Hesablamadan sonra oyuqda  yaranırsa o deməkdir ki, düsturda rəqəm olmayan element iştirak edir. Hesablamadan sonra oyuqda  yaranırsa o deməkdir ki, sıfıra bölmə cəhdi. 

Yoxlama üçün misal:

Y=kx+b xətti funksiyasının qiymətlər cədvəlini tərtib edin k=3,5 b=9,5

A1 oyuğuna cədvəlin başlığını daxil edin. Yazı şriftini, stilini, ölçüsünü təyin etməklə

A3 və A4 oyuğuna “x” və “y” daxil edin

 

 

 

 

MİSALLAR!!!!!

 

Verilənlər bazasını idarə etmə sistemləri

 

Verilənlər bazası müəyyən əlamətlərinə görə əlaqələndirilmiş, struktur formasında məlumatlar toplusudur.

İdarəetmə sistemləri verilənlər bazalarını tərtib və emal edən sistemlərdir. Sistemlər üç qrupa bölünür:

  1. Relyatsion
  2. Şəbəkə
  3. İerarxik

Relatsion tipli bazalarda verilənlər 2 ölçülü cədvəl şəklində tərtib olunur. Daha mürəkkəb quruluşa malik olan məlumat toplusu şəbəkə və ierarxik sistemlərlə idarə olunur.

Access tətbiqi proqramı verilənlər bazalarının idarəetmə sistemlərindən biridir, VB-nın tərtibi və emalı üçün istifadə olunur. Verilənlə bazasının tərtib hissələri:

  1. sahə(pole)
  2. yazı(zapis)
  3. cədvəl

Sahə - hər hansı bir obyekti xarakterizə edən müəyyən bir elementdir. Misal üçün obyekti tələbə olan verilənlə bazasında obyekti xarakterizə edən amillər tələbənin adı, soyadı, təvəllüdü, cinsi və s.  – sahələrdir. Cədvəl rejimində sahənin təsviri üçün sütun ayrılır. Sahənin adı cədvəldə sütunun adı olur.

Yazı – Konkret obyekt haqqında tam məlumat yığımıdır. Obyekti tələbə olan verilənlər bazasında bir tələbə haqqında olan tam məlumatdır. Cədvəl rejimində yazı sətirlərdir.

Məntiqi, qarşılıqlı əlaqəli və müəyyən bir predmet oblastı əhatə edən verilənlər toplusu relyatsion bazanı təşkil edir. Və yaxud verilənlər bazası müəyyən predmet oblastının bütün obyektləri haqqında toplanan məlumatlar toplusudur.

Relyation bazasını idarəedən sistemlər: FoxPro, Clipper, Or..., Access və s..

 

Verilənlər bazasının yaradılması

 

  1. MS Access proqramının yüklənməsi. (Start/Proqrams/MSAccess)
  2. Standart paneldə New düyməsini sıxmaq və yaxud File/New əmrini seçmək lazımdır.
  3. File/ NewDataBaze pəncərəsi açılacaq. İlk növbədə yaradılacaq verilənlər bazasına ad verilməli və müəyyən ünvanda yadda saxlanılmalıdır. Misal üçün: C:/Baze/Library. Verilənlər bazasının adı Obyektin adı ilə adlandırılsa daha məqsədəuyğun olar. Nəhayət, verilənlər bazasını tərtib etmək üçün aşağıdakı pəncərə açılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cədvəllər konstruktor rejimində tərtib olunur. Bu rejimdə verilənlərin tipini, sahələrin adlarını dəyişmək, lazım olmayan sahələri pozmaq mümkündür.

Ms Access proqramında aşağıdakı obyektlərlə tanış olaq.

Cədvəl– sətir və sütunlardan ibarətdir. Cədvəlin sətirlərinə yazı(zapis), sütunlarına isə sahə(pole) deyilir. Hər bir cədvəldə eyni tipli obyektlər haqqında məlumat saxlanılır.(Tabls)

Forma – Verilənləri cədvələ daxil etmək üçün vasitə obyektidir.(Forms)

Sorğu – Bir və ya bir neçə cədvəldən məlumat almaq imkanı verən obyekt.(Quers)

Hesabat – Məlumatların ekranda, çapda əks etdirmək üçün istifadə edilən obyekt.(Reports)

Makros - əməliyyatları sürətləndirmək üçün makrokomanda vasitəsi ilə reallaşdırılan əməliyyatlar ardıcıllığıdır

Modul – Qeyri-standart proseduraları həyata keçirmək üçün Visual Basic proqram dilində tərtib olunan proqramdır.

 

 

 

Dərslik-2
18 Ноября 2011 | Опубликовано в Derslik | Просмотры: 730 | Комментарии: 0

               İNTERNETİN XİDMƏT PROQRAMLARI

 

        İnternet   bir neçə kompüterler sisteminin bir birinə bağlı olduğu, dünya                  səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir.

 

İnternet istifadəçilərin “məlumatın saxlanması, paylaşması və rahat əldə olunması” istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə bilərik.

 

Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.

 

İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə Amerika Birləşmiş Ştatları Təhlükəsizlik nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir. Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət.

 

İnternetin əsas xidmətləri Elektron poçt ( e-mail ), Telekonfranslar və nəhayət WWW - informasiya-sorğu verilənlər bazaları, hökümət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.

 

— İki və ya bir neçə kompüter verilənlər mübadiləsi məqsədi ilə bir birinə qoşulduqda kompüter şəbəkəsi yaranır.

 

— Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və ya LAN (Local Area Network) deyilir.

 

— Lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə Qlobal şəbəkə və ya WAN (Wide Area Network) adlanır.

 

— Lokal şəbəkəni (LAN) qlobal şəbəkə (WAN) ilə birləşdirənkompüter və bu kompüterdəki proqram təminatı şlyuz (Gateway) adlanır.

 

Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə İnternet adlanır. İnternet bütün dünya üzrə müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.

 

Müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə bir ünsiyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol - [[TCP/IP']] (Transmission Control Protocol / Internet Protocol) - verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur.

 

İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (modulyator- demodulyator) deyilir.

 

Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir. İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 255.255.100.123 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.

 

Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur. Məsələn, www.elm.az Burada www(world wide web) elm domen .az isə birinci səviyyəli domendir.Internetdə altdomenlər(subdomain) də mövcuddur.Məs.:http://www.firststeps.az. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS - domain name service) tərəfindən yerinə yetirilir.

Məsələn: www.google.az; yandex.ru İnformasiyanın texniki vasitələrin köməyi ilə nəqli, saxlanması və işlənməsi zamanı, o, ikilik kod da, yəni sıfırlar və birlərin ardıcıllığı kimi təsvir edilir. İnformasiyanın ən kiçik ölçü vahidi bitdir. 1 bit - bir ikilik movqeyin daşıdığı informasiyanın miqdarıdır. 8 bit bir bayta bərabərdir.

 

 

İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə və ya saniyədə impulsla (bod (boud)) ölçülür.

 

Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 million kitaba bərabərdir. Brauzer və ya Veb səyyah - Sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brauzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter - müştəri kimi, uzaqda yerləşən kompüter isə server kimi çıxış edir.

 

Siz istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı (brauzer) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram, öz növbəsində, bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə On-line iş rejimi deyilir (On-line).

 

Çoxfunksiyalı bir proqram kimi brauzer avtonom rejimdə - İnternetə qoşulmadan - HTML- sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu recim Off-line iş rejimi adlanır.

 

Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brauzerlər mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud Mozilla şirkətinin Firefox proqramların seçir.

 

Ümumdünya Torunun (WWW) əsasını lazımi sənədlərin ünvanlarını göstərən əlaqələr sistemi təşkil edir. Əlaqənin yaradılması texnologiyalarından asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır. URL( universal ünvangöstəricisi ) sənədin adı ilə birgə ona çatma protokolunu da göstərir.

 

İstinada, yəni URL-ünvana müraciət etdikdə, sorğunun yerinə yetirilməsi 4 mərhələyə bölünür:

Connection (Qoşulma)

Request (Sorğu)

Response (Cavab)

Close (Əlaqənin kəsilməsi)

 

Birinci mərhələdə Web-müştəri serverlə əlaqə yaradmağa çalışır. Qoşulduqdan sonra, müştəri verilmiş protokola əsasən serverə axtarılan obyekt barəsində sorğu göndərir. Server sorğuya cavab tapan kimi bu cavabı müştəriyə ötürür. Bundan sonra əlaqə kəsilir və brauzer alınmış sənədləri əks etdirir. Bu prosses HTTP-nin - hipermətnin köçürülməsi protokolunun əsasını təşkil edir.

 

Klaviaturada Enter düyməsini basın. Göstərilmiş ünvana əsasən Web-səhifə axtarılan zaman pəncərənin aşağısında yerləşən məlumat sətrində yüklənən səhifənin IP-ünvanı, sənədin adı və sair göstərilir. İstəsəniz, F11 düyməsini basmaqla səhifəni bütün ekran boyu aça bilərsiniz.

 

URL -ünvanlarala yanaşı əlaqə və ya hiperəlaqələrdən də istifadə olunur. Bu istinadlar adətən rəngli mətn, işarə, rəsm şəklində olur, çərçivəyə də alına bilər.

 

Səhifənin sol tərəfindəki mətnə diqqət yetirin. Şəkil və ya mətnin hiperistinad olub olmadığını yoxlamaq üçün mausun göstəricisini onun üzərinə gətirin. hiperistinadın üzərinə gətirildikdə göstərici görünüşünü dəyişərək, məsələn, əl şəklini ala bilər. Məlumat sətrində bu zaman istinadın URL-ünvanı göstərilir.

 

İstinaddan istifadə etmək üçün onun üzərində mausun düyməsini bir dəfə basmaq kifayətdir. Bu zaman istinadın işarə etdiyi Web-səhifənin axtarışı başlanır.