Создать сайт
Понравился? Нажмите -
@ADVMAKER@

İlk Elektron cədvəl haqqında

20.04.2012

"İlk Elektron cədvəl haqqında"

Bəli, bu gün hazırladığımız bütün mürəkkəb hesabat formalarının, apardığımız təhlillərin istənilən formalarda və qısa bir zamanda əldə olunması məhz "Elektron cədvəl”in sayəsində mümkündür. Əvvəllər hələ sadə hesablama işlərini aparmaq üçün həddən çox vaxt və əmək sərfi tələb olunurdusa hazırda ən mürəkkəb riyazi məsələləri də bu proqramın vasitəsilə həll edilə bilməsi imkanı adi hal kimi qəbul olunur. Məhz buna görədir ki, biz hamımız bu gün görülən işlərimizin çevik və keyfiyyətli aparılmasına görə "Electron cədvəl”ə borcluyuq. Indi isə ilk "Elektron cədvəl”in yaranmasının tarixcəsinə qısa nəzər salaq.

İlk elektron cədvəl "Visicalc" adı ilə 17 Oktyabr 1979-cu ildə 99$-a bazara çıxarılıb. Bu cədvəlin yaradılması Daniel Briklinin adı ilə bağlıdır. Daniel Briklin həmin günü belə təsvir edir:”Personal Software” firması bu məhsulun ilkin nümayişini həyata keçirirdi və bu məhsulu yalnız xüsusiləşdirilmiş mağazaların vitrinlərində görmək olardı. Əgər o gün siz bu məhsulu hər hansı bir proqramçıya göstərsəydiniz o belə deyərdi :”Bu ki əladır! Bəs onun nə kimi özəllikləri var? Məlumdur ki, bunu kompüterlər də edə bilərlər”. Amma əgər siz Visicalc-nı maliyyə hesabatları ilə məşğul olan bir şəxsə göstərsəydiniz o həyəcandan əsməyə başlayar və deyərdi:"Bəli bununla işlərimə bir həftə qənaət edə bilərdim”."Visicalc"-nın meydana gəlməsi müəssisələrdə menecer və mühasiblər arasında bir gurultu qopardı. Briklinin bu kəşfi fərdi kompüterlər üçün məşhur biznes proqrama çevrildi. Visicalc ilk dəfə quruaşdırıldığı Apple II kompüterləri satışa çıxarıılan kimi dərhal satıldı. Daha sonralar Visicalc əksər fərdi kompüterlərə də adoptasiya edildi. Qeyd etmək lazımdır ki, Visicalc-ın yaradılmasında çoxlu əmək sərf edən Robert Frenkstona olsa da proyektin ideyası Daniel Briklinə məxsus idi. Briklin Multics layihəsinidə də iştirak edirdi. Universitetdə təhsil alarkən o Bob Frenkistonla tanış olur və onlar biznesdəki gələcək birgə işləri barədə razılığa gəlirlər. 1973-cü ildə o Elektronika və Kompüter elmi üzə MİT-in bakalavr dərəcəsinə yiyələnir. Sonra Briklin bir müddət mikroprosessorlarda istifadə olunan electron kassa aparatını istehsal edən bir kompaniyada işlədi. 1977-ci ilin payızında o Harvard-Biznes məktəbinə qəbul oldu. Don Briklin xatirələrində deyir:”Mənim kalkulyatorum var idi, gecələr evdə hesablamalar aparırdım və səhvlər edərkən rəqəmlər üçün mətn prosessoru yartmaq barədə xəyal edirdim (deyək ki 10% əvəzinə 12% ehtimalla hesablamaq imkanı) və mən anlayırdım ki, videoekran və mausun köməkliyi ilə kompüterdə bu şeylərin hamısını etmək mümkündür. O vaxtlar fərdi kompüterlər elə də çox deyildi amma bilirdim ki, bunu etmək mümkündür və qərara gəldim ki, məktəbi bitirdikdən sonra bu elektron cədvəli işləyərəm”. "Elektron cədvəl”in yaradılması problemini düşünərkən (o vaxt belə termin mövcud deyildi) o deyir:”ağlıma gəldi ki, fiks olunmuş sətir və sütunlardan istifadə edim. Onları hansısa formada təyin etmək lazım gəlirdi. Ən yaxşı vasitə sətirləri rəqəmlərlə, sütunların isə hərflərlə işarələnməsi idi”. Biz minimum 54 sütun adı, cəmi və yaddaşın imkan verdiyi çərçivədə sətirlər sayına malik olmağı istəyirdik.

Beləliklə 1978-ci ilin yazında ideya yarandı yayda isə Briklin və Frenkston proqram məhsulu yaratmağı qərara aldılar. 1979-cu ilin iki yanvarında onlar Software Arts kompaniyasının əsasını qoydular və həmin günü də onlar Visicalc-ın yaranma tarixi kimi qeyd edirlər.

"Visicalc" (ingiliscədən Visible calculator) anlayışı birdən-birə formalaşmamışdı. Ilkin vaxtlarda onlar bu proqram məhsulunu müxtəlif cür "elektron çarpaz kitab”, "elektron lövhə” kimi adlandırırdılar (cədvəl adlandırmaqdan çəkinərək). "Elektron cədvəl” (spreadsheet) anlayışını, 80-ci illərdə Tondy firması qanuni formaya saldı. Bu hadisə - məhsul versiyasının müxtəlif kompaniyaların hesablayıcılarına quraşdırılan zamanlara təsadüf edirdi.

Artıq məlum olduğu kimi "Visicalc"ın birinci versiyası 1979-da Apple II fərdi kompüterlərinə quraşdırılıb. O zaman yaddaşın həcmi 16 kb idi. Onlar 10 il keçəndən sonra Byte jurnalının redaktoruna bunları danışdılar:”Biz istifadəçinin ekranı bölərək eyni zamanda qrafik və mətni görməsinə nail olmaq istəyirdik. Biz ekranı ikimətnli pəncərəyə bölərək başlıq təyin etdik. Biz maksimum nəticəyə nail olmaq üçün çalışırdıq. Bizim düşüncəmizə görə işin sadə olması təlimin asan olmasından daha vacib idi. Məsələn : səhvlər baş verməyənə qədər bizim vergüllərimiz yox idi və məhsulun bazara çıxmalı olduğu bir vaxtda isə bu yalnışlığı düzəltməyə vaxt yox idi. Digər tərəfdən biz sinus və kosinusların da proqrama daxil edilməsini ümid edirdik. Amma limitləşdirilmiş yaddaş həcminə görə bu xüsusiyyətlərdən vaz keçməli olduq. Təssüf ki, biz bu barədə Byte jurnalının təsisçisi Karl Xelmersuya danışdıq, o isə fürsəti əldən verməyərək məhsulu jurnal səhifəsində təsvir edərkən bu anları da dərc etdirdi. Bizə isə hər halda sinus və kosinusları daxil etmək lazım gəlirdi. Bu bizə müəyyən yaddaş həcmi hesabına başa gəldi. Digər məqam isə indiyə kimi heç kimin eşitmədiyi səsin qəbul edilməsində idi. Bizdə iki müxtəlif səs var idi. Birinci səs səhvin təyin edilməsi zamanı digəri isə limitin müəyyən edilməsi zamanı gələn səslər idi. Kursoru ora (limitlərə doğru) apararkən kursor gedə bilmir və kompüter "tuk-tuk-tuk”a bənzər səs çıxarırdı. Bəs proqram paketinin sonrakı inkişafı necə oldu? Daniel Briklin xatırlayır:” biz başa düşürdük ki, verilənlərin daxil edilməsi və çıxarılması imkanı olmalıdır ki, bu məhsulu çıxara bilək. DigiBasic dilində məhdudiyyətlər var idi biz isə Visicalc-nı tərtib etmək istəyirdik ki, burada da həm asan yazmaq və oxumaq mümkün olsun ki heç kimin başqa iradı qalmasın”.

80-ci illərdə electron cədvəl proqramları faktiki olaraq proqram təminatı kateqoriyasının liderinə çevrilmişdi. Artıq 1986-cı ilin payızında elektron cədvəlin 7 milyondan çoxu istifadəçilərin əlində idi. Visicalc-ın əvəzinə yeni electron prosessor olan "Lotus 1-2-3” Mitçe Keypor tərəfindən işlənildi.

1977-ci ildə Briklin Trellix adlanan birinci kompaniyasını təşkil etdi və növbəti il özünün birinci məhsulu olan Trellix 1.0 –nı buraxdı. Bu məhsul interaktiv sənədlərin tərtibini təşkil etmək üçün nəzərdə tutulmuşdu.

1987-ci ilin sonunda Windows üçün original versiya "Excel 2” meydana gəldi. Macintosh üçün birinci versiyanın hazırlanmasına qədər bu versiya "Excel 2” adını daşıdı. O vaxtlar Windows hələ geniş yayılmamışdı. Ona görə də excel operativ Windows əməliyyat sistemi versiyasını müşayiət etdi. Burada "Excel"in işləməsi üçün yetərli funksiyalar var idi.Bugünün tələblərinə görə "Excel"in bu versiyası yarımçıq olması təəsuratı bağışlayır.

1990-cı ildə Mirosoft kompaniyası Windows üçün "Excel 3”ü yaratdılar. Bu versiya daha mükəmməl alətləri və görüntüsü ilə diqqəti cəlb edirdi. "Excel 3”-də alətlər paneli, rəsm çəkmək imkanları, işçi kitabın strukturu, sazlamalar, üçölçülü dioqramlar, sənədlərin birgə redaktə edilməsi funksiyaları və digər çoxlu funksiyaları özündə cəmləşdirirdi.

1992-nin yazında "Excel 4” işıq üzü gördü. Bu versiyanın meydana çıxması "Windows”un məşhurluğunun artmasına əhəmiyyəti dərəcədə təsir göstərdi. Bu versiya istifadə imkanları və rahatlıq baxımından daha sadə və əlverişli idi.

1994-də "Excel 5" bazara çıxarıldı. Bu versiya kəmiyyətcə daha çox geniş imkanlara malik idi. Çoxsəhifəli işçi kitab və yeni makrodil Visual Basic for Application (VBA) artıq bu versiyada mövcud idi. Digər əvvəlki versiyalar kimi bu versiya da geniş kütlənin rəğbətini qazanmışdı.

"Excel"in sonrakı inkişafı isə bu ardıcıllıqla sıralanır:

"Excel 7" kimi tanınan –Excel 95. (1995-in yayında)

"Excel 8" kimi tanınan – Excel 97. (1996-da)

"Excel 9" kimi tanınan – Excel 2000. (1999-un iyununda)

"Excel 10" kimi tanınan – Excel 2002. (2001-ci il iyun ayında)

"Excel 11" kimi tanınan – Excel 2003. (ən məşhur versiya)

"Excel 12" kimi tanınan – Excel 2007. (2006-iyulda)

"Excel 14" kimi tanınan – Excel 2010. (birbaşa 13-cü əvəzinə 14-cü versiya hazırlandığı üçün). 2009-un oktyabr ayından pulsuz beta versiyasının yayılmasına başlanılıb.

Комментарии (1)Просмотров (785)


Aydın 06.01.2013 в 17:29

Salam! Faydalı məlumatları paylaşmaq hər zaman bəyənilib, amma bu məlumatı ərsəyə gətirənlərin əməyinə hörmət olaraq məlumatın mənbəyini qeyd etmək daha düzgün olardı.

Mənbə: http://myexcelworld.ucoz.com/index/excel_tarixc_si/0-11

Зарегистрированный
Анонимно